Azərbaycanda neft hasilatı üzrə pay bölgüsü açıqlanıb
2022-ci ilin yanvar-dekabr aylarında ölkədə 32,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, respublika üzrə neft hasilatının 20,4 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 4,4 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,8 milyon ton təşkil edib.
Hesabat dövründə 26,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 24,9 milyon tona yaxını konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşür.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 1 yanvar 2023-cü il tarixinədək 607 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 567 milyon ton neft, "Şahdəniz"dən isə 40 milyon ton kondensat çıxarılıb. Bundan 1 yanvar 2023-cü il tarixinədək 605 milyon tondan çox ixraca nəql edilib.
2022-ci il ərzində ölkədə neftin emalı 6,2 milyon ton təşkil edib.
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB