"Azərbaycanda sahibkarlar əvvəlki dövrlərə nisbətən daha şəffaf işləyirlər"

Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat vergi daxil olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8 % və ya 2,1 milyard manat çoxdur.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.
S. Ələkbərov bildirib ki, Azərbaycanda sahibkarlar əvvəlki dövrlərə nisbətən daha şəffaf işləyirlər:
"Əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min artıb və cari ilin aprel ayının 1-nə 1 milyon 755,8 minə çatıb. Qeyri-neft/qaz sektorunun özəl bölməsində bu göstərici 298,1 min artaraq 838 min təşkil edib.
Muzdlu işçi sayının və əmək haqqı fondunun "ağarması" sayəsində təkcə cari ilin I rübündə məcburi dövlət sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9 % və ya 145,3 milyon manat artaraq 1 milyard 192,7 milyon manata çatıb".
Nazir müavini qeyd edib ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı artır və hazırda 720 mindən çoxdur:
"Onların böyük əksəriyyəti kiçik və orta biznes subyektləri olduğundan, bu təbəqədən olan sahibkarların inkişafına dövlət dəstəyinin göstərilməsi daim Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər dövlət qurumlarının diqqət mərkəzində saxlanılır.
Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2022-ci ildə verilmiş güzəştli kreditlərində əhəmiyyətli hissəsi əsasən aqrar və sənaye sektorlarında çalışan mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Ötən il biznes subyektlərinə verilən 146 milyon manata yaxın kreditin layihə sayı üzrə 99,9 %-i, məbləğ üzrə isə 98,3 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim edilib. Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin 69,7 %-i regionlarda fəaliyyət göstərir".
S. Ələkbərov deyib ki, sənayeləşmənin əsas drayverlərindən olan sənaye zonalarının yaradılması qeyri-neft sənayesinin davamlı inkişafında, ölkə iqtisadiyyatının modernləşməsində və inklüziv iqtisadiyyatın formalaşmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də sahibkarlığın inkişafına göstərilən səmərəli dövlət dəstəyi tədbirlərindəndir:
"Hazırda ölkəmizdə 7 sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Ötən il sənaye zonalarının ölkə üzrə qeyri-neft sənaye məhsullarının istehsalında xüsusi çəkisi 16,7 %, qeyri-neft sənaye məhsullarının ixracında payı isə 29,5 % olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac olunur. Bu günə qədər sənaye zonalarına yatırılan sərmayələrin ümumi həcmi 6,5 milyard manat təşkil edir və sənaye zonalarında 10 100-dən çox daimi iş yerləri açılıb. Yaxın gələcəkdə mövcud layihələr üzrə əlavə olaraq 600 milyon manatdan çox investisiyanın yatırılması və 4 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sumqayıt Sənaye Parkının rezidentləri bu günədək 7 milyard 366 milyon manat dəyərində məhsul istehsal edib, onun da 2 milyard 674 milyon manatlığı xaricə ixrac olunub. Təkcə 2022-ci ildə satış 2 milyard 711 milyon manat, ixrac 1 milyard 039 milyon manat olub".
Nazir müavini əlavə edib ki, Azərbaycanda 240 min hektar ərazini əhatə edən olan 51 aqroparkın inkişafı üzrə işlər davam etdirilir: "Aqroparklar ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, məşğulluq səviyyəsinin artırılmasında da önəmli rol oynayır. Hazırda aqroparklarda 4 600-dan çox insan daimi işlə təmin edilib, 5 200 nəfərdən çox insan isə mövsümi işlərə cəlb edilir. Gələcəkdə bu rəgəmlər daha da artacaq. Aqroparklarda hər hektardan məhsuldarlıq ölkə üzrə analoji sahələrdəkindən orta hesabla 2 dəfə çoxdur".
© "Report"  / marja.az

Maliyyə     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti