Azərbaycanda sənaye istehsalı 3% azalıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar ayında 5,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Ötən ay əhali elektrik malları və mebellərə 222 milyon dollar xərcləyib
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər veir.
Məlumata görə bu əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,6 faiz azdır.
Neft-qaz sektorunda məhsul istehsalı 4,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb.
Sənaye məhsulunun 61,0 faizi mədənçıxarma sektorunda, 31,9 faizi emal sektorunda, 6,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 47,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 35,9 faiz, neft məhsullarının istehsalı 26,7 faiz, hazır metal məmulatlarının istehsalı 26,2 faiz, içkilərin istehsalı 26,0 faiz, qida məhsullarının istehsalı 24,7 faiz, elektrik avadanlıqlarının istehsalı 20,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,2 faiz, tikinti materiallarının istehsalı 2,2 faiz artmış, kompüter, elektron və optik məhsulların istehsalı 3,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 4,2 faiz, mebel istehsalı 7,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 20,7 faiz, əczaçılıq məhsullarının istehsalı 30,2 faiz, tütün məmulatlarının istehsalı 35,5 faiz, kağız və karton istehsalı 36,7 faiz, geyim istehsalı 43,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 51,5 faiz, maşın və avadanlıqların istehsalı 52,6 faiz, sair sənaye məhsullarının istehsalı 56,1 faiz, poliqrafiya məhsullarının istehsalı isə 62,9 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 32,4 faiz artıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Evdə biznes qurmağın yolları
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?