Azərbaycanda sığortalanacaq investisiyaların yuxarı həddi müəyyən edilib

Azərbaycanda sığortalanacaq investisiyaların yuxarı həddi müəyyən edilibAzərbaycanda ödəmə qabiliyyətini itirmiş investisiya şirkətlərində investorların pul vəsaitlərinin və maliyyə alətlərinin itirilməsi riski üzrə sığortalanacaq məbləğin maksimal həddi 100 min manat səviyyəsində müəyyən edilib.
FED.az xəbər verir ki, bunu  "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) İctimai Birliyinin icraçı direktoru Murad Yəhyayev bildirib.
Onun sözlərinə görə, bununla bağlı "Əmanətlərin Sığortalanması haqqında" qanuna investisiya hesablarının sığortalanması ilə bağlı dəyişiklik ediləcək.
M.Yəhyayev investisiya hesablarının sığortalanması məsələsinə aydınlıq gətirərək bildirib ki, investisiya şirkəti müflis olduqda, müştərinin investisiya hesabında olan 100 min manata qədər olan vəsait kompensasiya ediləcək.
"Banklar müflis olduqda hesablarında olan sığortalanmış əmanətlər kompensasiya edildiyi kimi, investisiya şirkəti də müflis olduqda investisiya hesablarındakı pul vəsaitləri sığortalandığı halda sahiblərinə qaytarılacaq", - AFBİA-nın rəhbəri qeyd edib.
Onun sözlərinə görə, sığorta investisiya hesabında yerləşdirilən valyutasından aslı olmayaraq maksimum hədd 100 min manat ekvivalentində olmaqla bütün vəsaitlərə şamil ediləcək.
Qeyd edək ki, 2021-ci ilin aprelindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 20 min manatdan çox olmayan məbləğdə əmanətləri, həmçinin vətəndaşların 100 min manatadək əmanətləri sığorta sisteminə daxildir (xarici valyutada depozitlər üzrə isə 100 min manat ekvivalentində). Azərbaycanda 1 iyun 2020-ci ildən əmanətlərin illik sığortalanma faizi manat əmanətləri üzrə 12 %, xarici valyuta əmanətləri üzrə isə 2,5 %-dir. (Report)

İnvestisiya     Tarix: 27 avqust 2024

Oxşar xəbərlər

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü il

Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon ABŞ dollarına çatıb. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib. Onun sözlərinə görə, investisiy

AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya"sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsini

Qaraj qapısı biznesinə - $2 milyard yatıracaq

ABŞ-ın ən böyük private-equity şirkətlərindən olan "KKR" şirkəti yaşayış evlərinə xidmət göstərən "A1 Garage Door Service" şirkətini təxminən 2 milyard dollara almağa razılaşıb. xəbər verir ki, "Reuters"i

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - AÇIQLADI

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "Transmill

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler investisiya kicik biznes kripto avtomobil xeberleri