Azərbaycanda şirkətlərin sayı 10 faizə yaxın artıb
2023-cü ilin mart ayının 1-nə ölkə üzrə uçotda olan 1 milyon 420 min 834 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Marja.az Dövlət Vergi Xidmərinin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 9,9 faiz artıb.
2023-cü ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,2 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 14,7 faiz artıb, xüsusi çəkisi isə 62,5 faiz təşkil edib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayında müqayisə edilən dövr üzrə 27 faiz artım qeydə alınıb. Hesabat dövründə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı ötən illə müqayisədə 11,7 faiz artıb. Yanvar-fevral aylarında kommersiya qurumlarının 82,5 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1 faiz təşkil edib.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,6 faizi yerli investisiyalı, 12,4 faizi xarici investisiyalıdır. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 341 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,3 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 14,6 faiz olub.

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Marketinq nə demədir?
Start-up nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?