Azərbaycanda tanınmış müğənni saxlanıldı, dispanserə yerləşdirildi - FOTO
Musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb.
azxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev öz şəxsi " Facebook" səhifəsində məlumat verib.
O, bildirib ki, müğənni səhvini etiraf edib.
"Musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb. O, etdiyi səhvi səmimi etiraf edib və təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silib.
Onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmaqla yanaşı, narkotik aludəçiliyi nəzərə alınaraq məhkəmənin qərarı ilə məcburi müalicəyə göndərilib".
azxeber.com-un məlumatına görə, İlkin Çərkəzoğlunun ifaları "youtube" və "tiktok" sosial şəbəkələrində çox məşhurdur. Onun təkcə "youtube"də 348 min abunəsi var. Çərkəzoğlunun 2 həftə öncə yayımladığı "Aparır" mahnısında isə narkotik təbliğ olunub və mahnı qısa müddətdə "tiktok"da trendə çevrilib.

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad