Azərbaycanda tikinti materialları ucuzlaşdı
Azərbaycanda ötən il tikinti materiallarının qiymətləri Rusiya-Ukrayna müharibəsi fonunda sürətlə artsa da, son iki ayda sabitləşib.
KONKRET.azxəbər verir ki, "Report" bunun səbəblərini öyrənməyə çalışıb.
Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyir ki, müharibə başlayanda tədarüklə bağlı yaranmış çətinliklər artıq aradan qalxmaq üzrədir, yəni Rusiyadan Azərbaycana kifayət qədər tikinti materialı gəlir.
"Bundan başqa, adətən, qış aylarında tikinti materiallarına tələbat azalır və bazarda ucuzlaşma baş verir. Yəqin ki, biz mart ayından başlayaraq qiymətlərdə yenidən artım müşahidə edəcəyik. Çünki iki aydan sonra yeni tikinti mövsümü başlayacaq və sahibkarlar buna hazırlaşırlar. Yəni indi müşahidə olunan qiymət azalmaları müvəqqətidir", – deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, bazarda zavod istehsalı olan armaturun 1 tonunun qiyməti 1 350-1 400 manatdan 1 200 manata düşüb, sex istehsalı olan armaturun 1 tonu isə həmişəki kimi 800-900 manata təklif olunur. Taxtanın 1 kubmetrini isə 330 manata almaq mümkündür. Halbuki qiymət ötən il 400-450 manata çatmışdı. Diktlərin də qiymətində azalma müşahidə olunur. 45-48 manat olan diktlər hazırda 22-24 manata satılır".

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Ən bahalı otellər hansılardır?
Cash Back nədir?
Biznes təlimlər və tədris üsulları
Dünyanın ən zəngin idmançıları