Azərbaycanda ümumi daxili məhsulun nominal həcmi son 20 il ərzində 22 dəfə artıb
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir.
Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, son 20 il ərzində ölkənin ÜDM-nin nominal həcmi 22 dəfə artaraq 133,8 milyard manata çatması bunu təsdiqləyir.
"Bundan başqa, elə həmin dövrdə ölkəmizin əhalisinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 2023-cü ilin aprel ayında 2003-cü ilə nəzərən 41 dəfədən çox (2003-cü ildəki 1,6 milyard dollardan 65,9 milyard dollara çatıb) artıb",- o deyib.
N.Əmirov qeyd edib ki, Azərbaycanın bank sektoru da ildən ilə dinamik inkişaf nümayiş etdirir.
"Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan banklarının aktivləri 44,8 milyard manatdır, biznes kreditlərinin payına 11 milyard manatdan çox düşür. Həmçinin vurğulamaq istəyirəm ki, ölkədə dollarlaşma əhəmiyyətli dərəcədə azalıb, xüsusən xarici valyutada kreditlərin sayı xeyli azalıb", - deyə o əlavə edib.
© Trend / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?