Azərbaycanda üzüm tullantısından "üzüm yağı" əldə edilib

Azərbaycanda üzüm tullantısından Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda üzümün emalı zamanı yaranan qalıqlardan (üzüm toxumu) soyuq press üsulu ilə yağ əldə olunub.
Bunu Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov deyib.
O bildirib ki, son dövrlərdə dünyada tullantısız texnologiyaya üstünlük verilir. Üzümçülük-şərabçılıq sahəsində də emal zamanı böyük miqdarda tullantılar yaranır:
"Çünki emal prosesində şirə çıxımı üzümdə təxminən 75 faizə qədərdir. Təsəvvür edin, 25-30 faiz tullantı (qalıq) meydana gəlir. Tullantıya toxum, qabıq, daraq daxildir. Təxminən 1000 tona 300 ton tullantı yaranır. Ona görə də tullantısız texnologiyanın perspektivi üzümçülük-şərabçılıq sahəsində çox yüksəkdir. İnstitutda üzümün emalı zamanı yaranan qalıqlardan bioloji aktiv maddələrin, toxum yağının alınması istiqamətində elmi tədqiqat işləri həyata keçirilir. Üzüm toxumundan bu il eksperimental olaraq yağ alınmış, onun alınması metodologiyası işlənib hazırlanmış və patentləşdirilmişdir. Üzüm yağının istehsal texnologiyası mürəkkəb prosesdir, yağ çıxımına üzümün becərilmə şəriti, sortun xüsusiyyəti, toxumun mexaniki, morfoloji, biokimyəvi tərkibi, o cümlədən üzümün emal texnologiyası böyük təsir göstərir".
Onun sözlərinə görə, son dövrlərdə bu sahə Türkiyə, İspaniya, Amerika, Argentina və digər ölkələrdə sürətlə inkişaf edib.
"Bitki yağlarının konsentrantı kosmetika sahəsində də çox geniş istifadə olunur. Hesab edirəm ki, yaxın gələcəkdə toxum yağı günəbaxan, qarğıdalı yağları kimi kütləvi şəkildə satılacaq. Hərçənd ki, hələ satışa buraxılmamışdır. Eksperimental xarakterli sınaqdan keçiririk. Bununla bağlı Müəllif Hüquqları Agentliyinə müraciət etmişik. Gələcəkdə bunun patenti alınacaq və çalışacağıq ki, institut olaraq, geniş istehsalına nail olaq", - deyə Vüqar Səlimov bildirib.
© Azərtac / marja.az

Maraqlı     Tarix: 14 mart 2023

Oxşar xəbərlər

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler avtomobil xeberleri biznes xeberleri online pul qazanmaq biznes ideyalari