Azərbaycanda varlı, kasıb və orta təbəqənin sayı AÇIQLANDI
Azərbaycanda 19,2 min ailə zəruri xərclərini ödəyə bilməkdə böyük çətinlik çəkir.
KONKRET.az xəbər verir ki, belə bir məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Məlumatda bildirilir ki, ev təsərrüfatlarının orta gəlirlərinin ev təsərrüfatlarının zəruri xərclərini ödəyə bilmə imkanları ilə bağlı sorğu aparılıb. Aparılan sorğunun nəticəsinə əsasən müəyyən edilib ki, Azərbaycanda ümumi ev təsərrüfatlarının 0,8%-i zəruri xərclərini ödəyə bilməkdə böyük çətinlik çəkirlər.
Azərbaycanda təxminən 2 milyon 401 min ev təsərrüfatının olduğunu və hər bir ev təsərrüfatının payına orta hesabla 4,23 nəfər düşdüyünü nəzərə alsaq, o zaman 81,2 min nəfərin öz ehtiyaclarını qarşılamaqda böyük çətinlik çəkdiyi məlum olur.
Bunlardan başqa zəruri xərclərini ödəyə bilməkdə çətinlik çəkən ev təsərrüfatlarının ümumi ev təsərrüfatlarındakı payı 4,2% olub. Bu isə o deməkdir ki, ölkədə 101 min ailə və ya 424 min nəfər öz zəruri ehtiyaclarını qarşılamaqda çətinlik çəkir.
475 min ailənin və yaxud təxminən 2 milyon insanın isə zəruri ehtiyaclarını qarşılamaqda bəzi çətinliklərinin olduğu bildirilir.
Azərbaycanda ailələrin 70,1%-i (1 milyon 681 ailə) və ya təxminən 7 milyon insan öz zəruri ehtiyaclarını asanlıqla qarşılayır.
Ailələrin yalnız 5%-nin zəruri ehtiyaclarını çox asanlıqla qarşıladığı bildirilir. Üümumi ev təsərrüfatlarının 5%-i isə təxminən 500 min insan deməkdir.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
5 liderlik göstəricisi
Cash Back nədir?
Elon Musk kimdir?