Azərbaycanda vergi ödəyicilərinin yarısı aktiv deyil - SƏBƏBLƏR

Azərbaycanda vergi ödəyicilərinin yarısı aktiv deyil - SƏBƏBLƏRAzərbaycanda dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinin təqribən yarısı qeyri-aktivdir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı statistika əsasında deyə bilərik.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Belə ki, bu il dekabrın 1-nə ölkədə 1 399 990 vergi ödəyicisi olub. Bunun isə 709 557-si və yaxud 50,7 %-i aktiv olub. Başqa sözlə, qeydiyyatdan keçmiş 690 443 vergi ödəyicisi qeyri-aktivdir. 
"Bakı Hesabat Mərkəzi" MMC-nin rəhbəri Mehdi Babayev qeyri-aktiv vergi ödəyicilərinin sayının çox olmasını müxtəlif səbəblərlə izah edir:
"Bəzən sahibkarlar biznesin davamlılığını təmin edə bilmir və fəaliyyətini dayandırmağa məcbur olur. Amma bu, əsas səbəb deyil. Elə təsərrüfat subyektləri var ki, qanunvericiliyin yaratdığı imkanlardan, o cümlədən vergi güzəştlərindən və azadolmalarından, həmçinin vergi yükünü azaldan müddəalardan biznes maraqları üçün istifadə edir. Düzdür, belə hərəkətlər qanunsuz olmasa da, necə deyərlər, vergidən qanuni yayınma imkanı yaradır. Məsələn, mikro sahibkarlıq subyektləri, yəni illik dövriyyəsi 200 000 manata qədər olan təsərrüfat subyektləri üçün Vergi Məcəlləsində mənfəət və ya gəlir vergisinə dolayısı ilə 75 % güzəşt və dividendlərdən də 10 % vergi azadolması nəzərdə tutulub. Bu imkandan istifadə etmək üçün bəzi sahibkarlar, yaratdığı hüquqi şəxsin illik dövriyyəsinin 200 000 manatdan çox olma ehtimalını gördükdə bu hüquqi şəxsin fəaliyyətini dayandırıb növbəti hüquqi şəxs yaradır, beləliklə də bu hal dəfələrlə təkrarlana bilir. Nəticədə isə fəaliyyəti dayandırılan, yəni qeyri-aktiv edilən müəssisələrin sayı artır".
M.Babayev digər səbəbin isə fərdi sahibkarlarla bağlı olduğunu bildirir:
"Fiziki şəxslər bəzi "işbazların", yəni dolayısı ilə vergilərini azaltmaq istəyənlərin təsirinə düşürlər. Bəzi hallarda əmək müqaviləsi bağlanaraq işçi kimi işə qəbul edilən fiziki şəxslərin sonradan işəgötürənin təhriki və yaxud iradəsi ilə əmək müqaviləsinə xitam verilir, həmin şəxs ayrıca vergi ödəyicisi kimi qeydiyyata alınır, onunla Vergi Məcəlləsinin verdiyi imkanlardan istifadə etməklə, yəni daha az vergi ödəməklə "mülki hüquqi münasibətlər" qurulur. Əslində məqsəd həmin fiziki şəxsin iqtisadi maraqlarını, onların gələcək pensiya təminatını qorumaq deyil, işəgötürən ona VÖEN aldırmaqla vergilərini azaltmaq istəyir. Bununla belə, son zamanlar vergi və əmək qanunvericiliyimizdə aparılan ciddi islahatlar nəticəsində belə halların qarşısı alınmağa başladıqdan sonra həmin fiziki şəxslər VÖEN ilə bağlı faəliyyətlərinə xitam verməli, bir çox hallarda isə fəaliyyətlərini müvaqqəti dayandırmalı oldular. Belə fərdi sahibkarların sayı 100 minlərlərdir".
Dövlət Vergi Xidmətindən isə bildirilib ki, ölkədəki qeyri-aktiv vergi ödəyicilərinin əsas hissəsi mikro sahibkarlıqla məşğul olan fiziki şəxslərdir:
"Onlar müvəqqəti fəaliyyəti göstərir, əksər hallarda mövsümi işlərlə məşğul olur. Məsələn, müəyyən bir iş görürlər, sonra fəaliyyətlərini dondururlar, amma VÖEN-lərini bağlamırlar. Yenidən hansısa bir xidmət göstərməli olanda, bir iş götürəndə fəaliyyətlərini aktiv edir, götürdüyü işləri görür, vergi hesabatlarını göndərir və növbəti iş götürənə qədər fəaliyyətlərini müvəqqəti dayandırırlar".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report / marja.az

Maliyyə     Tarix: 20 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro


iqtisadi xeberler bitcoin biznes ideyalari biznes xeberleri birbank