Azərbaycanda vətəndaşlara hüquqi yardım göstərəcək süni intellekt istifadəyə veriləcək

Azərbaycanda vətəndaşlara hüquqi yardım göstərəcək süni intellekt istifadəyə veriləcəkAzərbaycanda vətəndaşlara hüquqi yardım göstərəcək süni intellekt istifadəyə veriləcək.
Bu barədə Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə elektron order, elektron müqavilə və digər elektron xidmətlərin ictimaiyyət üçün təqdimatı zamanı məlumat verilib.

Tədbirdə əvvəlcə Kollegiyanın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.
Vəkillər Kollegiyanın sədri Anar Bağırov qurumda son illər görülən işlərdən, elektron xidmətlərin mahiyyətindən, əhəmiyyətindən və ümumi fəaliyyətlərindən söz açıb.
Sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini, bu sahədə müəyyən layihələrə imza atıldığını, o cümlədən Kollegiya tərəfindən yaradılan "Elektron vəkil orderi" sistemindən artıq bir sıra vəkillərin istifadə etdiyini və sözügedən təşəbbüsün bütün vəkillər tərəfindən dəstəkləndiyini deyib.
Məqsədin vəkillərin işinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun yaradılması olduğunu söyləyən Anar Bağırov elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü, bu istiqamətdə müvafiq normativ hüquqi aktlara dəyişikliklə bağlı təkliflərin hazırlandığını və aidiyyəti qurumlarla razılaşdırıldığını bir daha ifadə edib.
Həmçinin,VK-nın müasir çağırışlara tam hazır olduğunu bildirən sədr yaxın zamanda "Elektron vəkillik" Komitəsi tərəfindən hazırlanan "Pro Bono ChatBot" süni intellektin istifadəyə veriləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu bot süni intellektdən istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcək.
Tədbirin davamında "Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev "Elektron vəkil orderi" və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Eyni zamanda, "Pro Bono ChatBot" süni intellektin təqdimatı olub, o cümlədən ictimaiyyət "İnsan resurslarının elektron idarə edilməsi" və "Elektron kargüzarlıq" sistemləri barədə məlumatlandırılıb.
Daha sonra qonaqların sualları cavablandırılıb, "Elektron vəkil orderi", ondan istifadə vasitələri ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb.
Qeyd edək ki, məlum olduğu kimi, Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli iclasında, "Elektron vəkil orderi" cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib. / banker.az

Xəbərlər     Tarix: 03 aprel 2024

Oxşar xəbərlər

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler avtomobil xeberleri dollarin kursu bu gun valyuta xeberleri valyuta kurslari