Azərbaycanda yığılan minik avtomobilləri 10 il ƏDV-dən azad olunur
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.
Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.
Azərbaycanda minik avtomobili istehsalı 1,8 dəfə artıb
2023-сü ilin yanvar-aprel aylarında Azərbaycanda 1259 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 549 ədəd çox (77,3 çox) minik avtomobili istehsal olunub. Bu Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir. 01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 877 ədəd təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 710 ədəd minik avtomobili istehsal olunmuşdu (yığılmışdı). / marja.az

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb
"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı
Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
Necə Bitcoin almaq olar?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
McDonalds haqqında maraqlı faktlar
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən zəngin idmançıları