Azərbaycandakı sahibkarların - 250 MİNDƏN ÇOXU QADINDIR
"Hazırda özəl sektor Azərbaycanda ÜDM-in 85% formalaşmasında iştirak edir ki, bu da kifayət qədər böyük rəqəmdir".
Azad edilən ərazilərdə işləmək üçün 50 sahibkar qadın - MÜRACİƏT EDİB
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Nəzərə alsaq ki, Azərbaycan neft-qazla zəngin ölkədir və neft-qaz dövlətin mülkiyyətində olan iqtisadi sahədir. Bunu nəzərə alsaq, özəl sektorun 85%-ə qədər çatması düşünürəm ki, Azərbaycanda sahibkarlığa göstərilən dəstəyin, həm də yaradılan imkan nəticəsində olub", - deyə komitə sədri qeyd edib.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda hazırda 1 milyon 168 min sahibkar var. Onların 250 mindən çoxu qadın sahibkarlardır: "Azərbaycanda iri sahibkarlar arasında təəssüf ki, qadın sahibkarlar yoxdur. Orta sahibkarların təxminən 8%-i, kiçik sahibkarların da təxminən 16%-i, mikrosahibkarların 25%-i isə qadın sahibkarlardır. Bu gün işğaldan azad olunan ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan 50-i qadın sahibkarlardır".

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Evdə biznes qurmağın yolları
İban nədir?
SMM nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?