Azərbaycandan konserv, şərab, pambıq lifi, elektrik enerjisi ixracı azalıb

Azərbaycandan konserv, şərab, pambıq lifi, elektrik enerjisi ixracı azalıb2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 115 ölkəyə məhsul ixrac olunmuş, 168 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 402,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 18 milyard 633,7 milyon dollarını və ya 52,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 16 milyard 769,0 milyon dollarını (47,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 864,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,6 faiz artmış, real ifadədə isə 8,1 faiz azalmışdır. İdxal real ifadədə 8,3 faiz, ixrac isə 7,9 faiz azalmışdır.
2025-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2649,2 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 7,6 faiz artmış, real ifadədə isə 15,7 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,2 faizi İtaliya, 12,3 faizi Türkiyə, 10,3 faizi Rusiya, 9,6 faizi Çin, 3,1 faizi Almaniya, 2,9 faizi ABŞ, 2,7 faizi Birləşmiş Krallıq, 2,1 faizi Çexiya, 1,9 faizi Yunanıstan, 1,8 faizi Gürcüstan, 1,7 faizi Bolqarıstan, 1,6 faizi Qazaxıstan, 1,5 faizi Xorvatiya, hər biri 1,4 faiz olmaqla Rumıniya və İsveçrə, 1,3 faizi İran, hər biri 1,1 faiz olmaqla Portuqaliya, Ukrayna və Avstraliya, hər biri 0,9 faiz olmaqla Özbəkistan və Belarus, 14,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 45,8 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,7 faizini Gürcüstana, hər biri 2,5 faiz olmaqla Almaniya və Rumıniyaya, 2,1 faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, hər biri 0,9 faiz olmaqla İrlandiya və Ukraynaya, 0,8 faizini Niderlanda, hər biri 0,6 faiz olmaqla Serbiya və Tunisə, 0,5 faizini Fransaya, hər biri 0,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Tailand, İndoneziya, Çin və Qazaxıstana, 3,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 faiz), Türkiyəyə (16,4 faiz), İsveçrəyə (9,4 faiz), Gürcüstana (9,2 faiz), Ukraynaya (5,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,0 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (2,0 faiz), Türkmənistana (1,8 faiz), ABŞ-a (1,8 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,9 faizi Çin, 16,5 faizi Rusiya, 10,5 faizi Türkiyə, 5,7 faizi ABŞ, 4,3 faizi Birləşmiş Krallıq, 3,8 faizi Almaniya, 3,0 faizi Qazaxıstan, 2,7 faizi İran, hər biri 2,2 faiz olmaqla İtaliya və Avstraliya, hər biri 1,7 faiz olmaqla Meksika, Braziliya və Cənubi Afrika Respublikası, hər biri 1,6 faiz olmaqla Özbəkistan və Yaponiya, hər biri 1,5 faiz olmaqla Koreya və Belarus, 1,2 faizi Ukrayna, 1,1 faizi İsveçrə, hər biri 1,0 faiz olmaqla Fransa, Hindistan və İspaniya, 12,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2025-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 34,6 faiz, təzə tərəvəz – 16,1 faiz, şəkər – 56,8 faiz, siqaretlər – 24,4 faiz, kartof – 47,0 faiz, meyvə və tərəvəz şirələri – 2,6 faiz, bitki yağları – 24,8 faiz, çay – 1,0 faiz, mineral gübrələr – 4,5 faiz, polietilen – 6,7 faiz, emal olunmamış alüminium – 44,1 faiz, sement klinkerləri – 17,5 faiz, pambıq ipliyi – 21,4 faiz artmış, meyvə və tərəvəz konservləri ixracı isə 15,2 faiz, tütün – 51,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 27,3 faiz, pambıq lifi – 8,0 faiz, polipropilen – 1,7 faiz, elektrik enerjisi – 30,4 faiz, qara metallardan borular – 3,8 faiz, qara metallardan çubuqlar – 39,3 faiz, bentonit gili – 14,5 faiz azalmışdır.  
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-sentyabr aylarında buğda idxalı 15,8 faiz, xam şəkər – 19,2 faiz, kartof – 18,3 faiz, təzə tərəvəz – 37,1 faiz, siqaretlər – 4,0 dəfə, minik avtomobilləri – 31,5 faiz, polad prokatı – 3,2 faiz, məişət kondisionerləri – 12,9 faiz, mebellər – 2,8 faiz, avtobuslar – 3,1 dəfə, polietilen – 19,5 faiz, mineral gübrələr – 0,7 faiz, qara metallardan çubuqlar – 2,9 faiz, polipropilen – 5,5 faiz, məişət soyuducuları – 18,5 faiz artmış, bitki yağları idxalı isə 15,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,0 faiz, təzə meyvə – 14,5 faiz, şokolad və şokolad məhsulları – 2,6 faiz, unlu qənnadı məmulatları – 1,2 faiz, çay – 6,9 faiz, quş əti və onun əlavə məhsulları – 28,2 faiz, mal əti – 0,9 faiz, dərman vasitələri – 16,8 faiz, qara metallardan borular – 16,1 faiz, hesablama maşınları, blok və qurğuları – 8,7 faiz, ayaqqabılar – 4,0 faiz, rezin şinlər – 1,4 faiz, sintetik yuyucu vasitələr – 7,1 faiz, yük avtomobilləri – 3,4 faiz, paltaryuyan maşınlar – 7,0 faiz, qara metallardan künclüklər – 2,6 faiz, sement – 23,8 faiz azalmışdır. / marja.az

Maliyyə     Tarix: 14 noyabr 2025

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun