Mərkəzi Bank BOKT-nin lisenziyasını ləğv etdi
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununun (Qanun) 25.1.1-ci maddəsinə müvafiq olaraq, "E-Kredit Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13.05.2026-cı il tarixli Qərarı ilə "E-Kredit Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 24.07.2024-cü il tarixli, BKT-48 nömrəli müvafiq lisenziyası təşkilatın könüllü müraciəti əsasında ləğv edilib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istindən xəbər veirir.
Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Xatırladaq ki, "Naxçıvanbank" ASC-nin bank lisenziyası 2024-cü ildə ləğv edildikdən sonra, təşkilat adını və təşkilati-hüquqi formasını dəyişərək "E-Kredit" MMC bank olmayan kredit təşkilatına çevrildiyini elan etmişdir.

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət