Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib

Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib"2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən "Banklarda stres-testlərin aparılması Qaydası" (Qayda) təsdiq edilib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu Qayda mütərəqqi beynəlxalq təcrübə, o cümlədən Bazel Komitəsinin və Avropa Bank Nəzarəti Orqanının prinsipləri nəzərə alınmaqla hazırlanıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əlavə olaraq, bu Qaydaya uyğunlaşdırma istiqamətində "Banklarda korporativ idarəetmə Standartları"nda, "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda, "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası"nda, "Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası"nda və "Banklarda bazar risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər də təsdiq edilib.
Yeni Qaydada banklarda stres-testləşmənin əsas prinsipləri və proqramların tərkibi, modelləşdirmə üsulları və stres-test modellərinin validasiyası üzrə tələblər, həssaslıq və ssenari təhlillərinin əhatəsi, əsas risk növləri (likvidlik, kredit, bazar və əməliyyat) üzrə stres-testlərə və risklərarası qarşılıqlı təsirlərə dair tələblər, habelə stres-test nəticələrinin Mərkəzi Banka hesabatlıq məsələləri öz əksini tapıb. Qaydada həmçinin bank daxilində və nəzarət prosesi çərçivəsində stres-test modelinin keyfiyyətinin və adekvatlığının qiymətləndirilməsinin təşkili üçün istifadə edilə bilən suallar da əhatə edilib.
Nəticə etibarilə, yeni Qayda stres-testlərin keçirilməsi və nəticələrin qiymətləndirilməsi üzrə vahid və sistematik tənzimləmə çərçivəsi yaratmaqla, bankların fərdi dayanıqlılığının və bütövlükdə sektorun riskə davamlılığının kompleks qiymətləndirilməsini təmin edəcəkdir.
Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür: / marja.az

Banklar     Tarix: 13 may 2026

Oxşar xəbərlər

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler pul qazanmaq rubl mezenne biznes krediti en son xeberler