Azərbaycanın dövlət büdcəsinə gələn il Neft Fondundan transfertin artmasının səbəbləri açıqlanıb

Azərbaycanın dövlət büdcəsinə gələn il Neft Fondundan transfertin artmasının səbəbləri açıqlanıbGələn ilin dövlət büdcəsinin proqnozlarında neft sektorundan vergi daxilolmalarında iki dəfəyə qədər azalma gözlənildiyinə görə ümumi vergi daxilolmalarında [2023-cü ilin proqnozundan -7,5 %] geriləmə olacaq.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deyib.
Onun sözlərinə görə, dövlət büdcəsinin bu vacib məqamlardan biridir.
Bunu S.Şərifov deputatların iradlarına münasibət bildirərkən deyib.
"Biz maliyə imkanlarımıza real olaraq baxmalıyıq. Cari ildə dövlət büdcəsində dürüstləşdirmə apardıqdan sonra, edilən dəyişikliklər nəzərə alınmaqla 2024-cü ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlarında azalma var.
Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq həcmdə azalıb. Yəni iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat etməlidir. Bunun müəyyən səbəbləri var. Biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artmışdı. Yanvar-fevral aylarında hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Artıq cari ilin iyul ayında biz bu gəlirləri dövlət büdcəsində əks etdirdik və həmin əlavə gəlirlərimizi Prezident işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına və hərbi xərclərimizə yönəltdi. Gəlirlərin azalmasına təsir edən ikinci faktor neft hasilatının azalmasıdır. Biz bunları tam reallıqla dərk etməliyik. Bizim əsas neft yatağımız olan "Azəri-Çıraq-Günəşli"nin neçə illər ərzində istismarı nəticəsində onun ehtiyatları tədricən tükənir. Nəticədə hasilatımız azalır", - nazir bildirib.
S.Şərifov vurğulayıb ki, dünya enerji bazarlarında olduqca müsbət münbit qiymət konyukturası bu gün mövcuddur: "Hətta bu da nəzərə alınmaqla dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dollarına qaldırılıb".
O bildirib ki, neftin 10 ABŞ dolları bahalaşması dövlət büdcəsinin gəlirlərini təxminən 420 milyon manat artırıb:
"Bu, Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini daha da çoxaldıb. Bu gün bizdə [dövlət büdcəsində] neftin qiyməti 60 ABŞ dolları təşkil edir, beynəlxalq təşkilatların proqnozlarında təxminən 80 ABŞ dollarıdır. Söhbət təxminən 850 milyon manatdan [əlavə gəlirdən] gedir. Biz növbəti ilin vergi daxilolmalarını qiymətləndirsək, 2 milyard 27 milyon manat neft sektoru üzrə kəsirimiz əmələ gəlir. Lakin, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vergi daxilolmaları gələn il cari illə müqayisədə 240 milyon manat çox olacaq".
Nazirin sözlərinə görə, dövlət büdcəsinə ən əsası qeyri-neft sektoru üzrə daxilolmalar əhəmiyyətli dərəcədə artır: "Bu sektordan daxilolmalar 1 milyard manatdan yuxarıdır. Bunları da nəzərə almaqla bizim fərqimiz təxminən 850 milyon manat təşkil edir. Amma bizim qarşımızda proqramlar var və böyük vəzifələr qoyulub. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var. Bu işlərin görülməsi üçün bizim xərclərimiz təxminən cari ilin səviyyəsində saxlanılıb. Yəni cüzi, 170 milyon manat artımdan söhbət gedir. Bunu təmin etmək üçün biz Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti gələn il cari illə müqayisədə 1 milyard manat artırmaq məcburiyyətindəyik. Münbit müsbət qiymət konyukturası bizə imkan verir ki, büdcə qaydalarını pozmayaq Dövlət Neft Fondunun vəsaitlərinin qalığını da saxlayaq".
Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri strukturunda ARDNF-dən transfertlər 12 milyard 781 milyon manat (2023-cü ilin proqnozundan +8,9 %) səviyyəsində proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat (2023-cü ilin proqnozundan +1,2 %), xərcləri - 36 milyard 763 milyon manat (+0,5 %) səviyyəsində proqnozlaşdırılır. / banker.az

Xəbərlər     Tarix: 03 noyabr 2023

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler online pul qazanmaq kripto pul qazanmaq dollar kursu