ABŞ-də tariflər istehlakçılara və müəssisələrə mənfi təsir göstərir
Amerikalı iqtisadçılar tətbiq olunan tariflərin istehlakçılara və müəssisələrə mənfi təsir göstərməyə başladığını, xüsusilə idxal məhsullarında inflyasiyanı artırdığını bildiriblər.
Biznes.az xəbər verir ki, mebel, avtomobil ehtiyat hissələri, elektronika və musiqi alətləri kimi kateqoriyalarda əhəmiyyətli qiymət artımları müşahidə olunur.
Sent-Luis Federal Ehtiyat Bankının (Fed) iqtisadçılarının araşdırmasına görə, şirkətlər may ayından iyul ayına qədər tarif xərclərinin 35 faizini istehlakçılara ötürüblər.
"Goldman Sachs"ın oxşar bir tədqiqatı isə bu göstəricinin zamanla 55 faizə qədər arta biləcəyini, şirkətlərin xərclərin 22 faizini, xarici ixracatçıların isə 18 faizini öz üzərinə götürəcəyini irəli sürür.
Sent-Luis Fed tədqiqatının müəlliflərindən biri olan iqtisadçı Maks Dvorkin isə qeyd edib ki, tariflər dəyişməsə belə, qiymət dinamikası qarşıdakı aylarda istehlakçılara təsir göstərməyə davam edəcək.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?