Azərbaycanın ən böyük qeyri-neft ixracatçılarının siyahısı açıqlandı

Azərbaycanın ən böyük qeyri-neft ixracatçılarının siyahısı açıqlandıBu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixracatçısı "Azərenerji" ASC (313,8 milyon ABŞ dolları) olub.
KONKRET.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilib.
Daha sonra bu siyahıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (157,2 milyon ABŞ dolları), "SOCAR Polymer" MMC (126,6 milyon ABŞ dolları), "Azəralüminium" MMC (55,5 milyon ABŞ dolları), "AzerGold" QSC (31,2 milyon ABŞ dolları), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (7,7 milyon ABŞ dolları), "Azərbaycan Hava Yolları" QSC (6,1 milyon ABŞ dolları), "Azərbaycan Dəmir Yolları" QSC (1,1 milyon ABŞ dolları), "Azəripək" MMC, "ASK Tütün" MMC (565,6 min ABŞ dolları) yer alıb.
Hesabatda, həmçinin, həyata keçirilmiş ixracla bağlı qeyri-dövlət ixracatçı subyektlərin reytinqi təqdim olunub.
Bu reytinqdə ilk onluğa "MKT İstehsalat Kommersiya" MMC (42,5 milyon ABŞ dolları), "Azerbaijan International Mining Company Limited" şirkətinin Azərbaycandakı Nümayəndəliyi (31,2 milyon ABŞ dolları) və "Baku Steel Company" QSC (31 milyon ABŞ dolları) başçılıq edir.
Digər yerləri isə "Best Logistik" MMC (26,5 milyon ABŞ dolları), "STP Global Cable" MMC (23,8 milyon ABŞ dolları), Şirinov Elvin Valeh oğlu (22,2 milyon ABŞ dolları), "My Fruit" MMC (16,2 milyon ABŞ dolları), "Lexus-Bakı" MMC (14,9 milyon ABŞ dolları), "P-Aqro" MMC (14,3 milyon ABŞ dolları), "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (13,4 milyon ABŞ dolları) bölüşdürürlər.

Xəbərlər     Tarix: 24 iyun 2023

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin almaq biznes krediti investisiya