Azərbaycanın icmal büdcəsinin gəlirləri 2 dəfəyə yaxın artıb
2023-cü ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 15 milyard 557,7 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyard 597,4 milyon manat və ya 95,4 faiz çoxdur.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
İcmal büdcənin xərcləri isə 7 milyard 487,9 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 178,8 milyon manat və ya 18,7 faiz çoxdur. İcmal büdcədə 8 milyard 69,8 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
İcmal büdcə - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini (Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri istisna olmaqla) funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədidir.
Həmçinin oxu
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandı


"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?