Azərbaycanın ixracı azalıb

Azərbaycanın ixracı azalıb2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 73 ölkəyə məhsul ixrac olunmuş, 132 ölkədən idxal olunmuşdur. 
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 591,4 milyon ABŞ dolları təşkil etmişdir. 
Ticarət dövriyyəsinin 3 milyard 178,7 milyon dollarını və ya 69,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 412,7 milyon dollarını (30,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 766,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,6 faiz, real ifadədə 3,9 faiz, o cümlədən idxal 18,7 faiz artmış, ixrac isə 1,0 faiz azalmışdır. 
2023-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,5 faiz, real ifadədə 19,8 faiz artaraq 284,5 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 19,8 faizi İtaliya, 12,2 faizi Türkiyə, 10,2 faizi Rusiya, 7,2 faizi İsrail, 5,8 faizi Çin, 5,7 faizi Fransa, 4,9 faizi Almaniya, 3,3 faizi Hindistan, 2,8 faizi Vyetnam, 2,7 faizi Çexiya, 2,1 faizi Gürcüstan, 2,0 faizi Türkmənistan, hər biri 1,8 faiz olmaqla Rumıniya və Avstriya, hər biri 1,7 faiz olmaqla İrlandiya və Yunanıstan, 1,5 faizi Qazaxıstan, hər biri 1,3 faiz olmaqla ABŞ və İran, 10,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür. 
İxracın 32,2 faizini İtaliyaya, 12,6 faizini İsrailə, 11,7 faizini Türkiyəyə, 5,1 faizini Almaniyaya, 4,6 faizini Hindistana, 4,5 faizini Vyetnama, 4,3 faizini Çexiyaya, 3,6 faizini Rusiyaya, 3,4 faizini Gürcüstana, hər biri 3,0 faiz olmaqla Rumıniya və İrlandiyaya, 2,9 faizini Yunanıstana, 2,8 faizini Avstriyaya, hər biri 1,0 faiz olmaqla Liviya və İspaniyaya, 0,7 faizini Ukraynaya, 3,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (37,5 faiz), Rusiyaya (23,9 faiz), Gürcüstana (8,6 faiz), Ukraynaya (4,6 faiz), İsveçrəyə (2,6 faiz), Qazaxıstana (2,4 faiz), Kiprə (1,6 faiz), Türkmənistana (1,5 faiz), Rumıniyaya (1,5 faiz), Niderlanda (1,4 faiz), Almaniyaya (1,2 faiz), İrana (1,1 faiz), Özbəkistana (1,1 faiz), İtaliyaya (1,0 faiz), İspaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,0 faizi Rusiya, 13,1 faizi Fransa, hər biri 12,9 faiz olmaqla Çin və Türkiyə, 4,6 faizi Almaniya, 4,4 faizi Türkmənistan, 3,4 faizi İtaliya, 3,0 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,7 faizi İran, 1,8 faizi Koreya, 1,6 faizi Ukrayna, 1,5 faizi Hindistan, hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiya, 1,3 faizi Birləşmiş Krallıq, 12,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2023-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 2,3 dəfə, meyvə və tərəvəz şirələri – 67,2 faiz, meyvə və tərəvəz konservləri – 2,6 dəfə, çay – 95,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,6 dəfə, 3 marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 dəfə, polipropilen – 74,0 faiz, emal olunmamış alüminium – 21,8 faiz, mineral gübrələr – 29,8 faiz, sement klinkerləri – 16,7 faiz artmış, təzə meyvə ixracı isə 6,3 faiz, təzə tərəvəz – 6,0 faiz, tütün – 70,8 faiz, kartof – 41,7 faiz, bitki yağları – 77,5 faiz, pambıq lifi – 17,7 faiz, polietilen – 3,4 faiz, qara metallardan borular – 12,4 faiz, pambıq ipliyi – 29,5 faiz, bentonit gili – 41,2 faiz, qara metallardan çubuqlar – 81,2 faiz azalmışdır.
2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında buğda idxalı 52,2 faiz, şokolad və şokolad məhsulları – 37,8 faiz, unlu qənnadı məmulatları – 8,3 faiz, çay – 31,6 faiz, minik avtomobilləri – 23,5 faiz, polad prokatı – 86,9 faiz, qara metallardan borular – 20,0 faiz, sintetik yuyucu vasitələr – 28,5 faiz, qara metallardan çubuqlar – 69,2 faiz, polietilen – 40,6 faiz, yük avtomobilləri – 2,7 faiz, mineral gübrələr – 30,2 faiz, paltaryuyan maşınlar – 2,4 dəfə, sement – 26,2 faiz artmış, təzə meyvə idxalı isə 4,0 faiz, bitki yağları – 55,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,1 faiz, kartof – 26,5 faiz, quş əti və onun əlavə məhsulları – 22,1 faiz, təzə tərəvəz – 30,2 faiz, mal əti – 7,2 faiz, siqaretlər – 18,7 faiz, xam şəkər – 99,8 faiz, dərman vasitələri – 15,7 faiz, hesablama maşınları, blok və qurğuları – 44,4 faiz, rezin şinlər – 4,3 faiz, mebellər – 15,1 faiz, qara metallardan künclüklər – 18,0 faiz, polipropilen – 23,6 faiz, məişət kondisionerləri – 26,1 faiz, avtobuslar – 63,6 faiz, məişət soyuducuları – 50,8 faiz azalmışdır. / marja.az

Maliyyə     Tarix: 14 mart 2023

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler bank faizleri bu gunun xeberleri dollar mezenne bitkoin almaq