Azərbaycanın neft və qaz ixracından gəlirləri kəskin azaldı

Azərbaycanın neft və qaz ixracından gəlirləri kəskin azaldı2023-cü ilin yanvar ayında Azərbaycandan 1 milyard 592 milyon 311 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. 2022-ci ilin yanvarında bu malların ixracı 2 milyard 854 milyon 510 min dollar təşkil etmişdi. Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə Azərbaycanın ixracının məbləği 1 milyard 262 milyon 199 min dollar və ya 44% azalıb.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracından gələrlər 633 milyon 688 min dollar və ya 31,2% azalaraq 1 milyard 397 milyon 747 min dollara, təbii qaz ixracından gəlirlər 663 milyon 265 min dollar və ya 5,7 dəfə azalaraq 140 milyon 36 min dollara düşüb. Neft məhsullarının ixracı isə 28 milyon 789 min dollar artaraq 45 milyon 932 min dollara yüksəlib.
Müqayisə olunan dövrdə miqdar ifadəsilə Azərbaycanın xam neft ixracı 1 milyon 259 min 433 ton azalaraq 2 milyon 246 min 118 tona geriləyib. Azərbaycandan 2022-ci ilin yanvarında 3 milyon 505 min 551 ton xam neft ixrac edilmişdi. 
Azərbaycandan təbbi qaz ixracı, miqdar ifadəsilə, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında 1 milyard 357 milyon 587 min kub metr azalaraq 255 milyon 612 min kub metrə düşüb. 2022-ci ilin yanvarında Azərbaycandan 1 milyard 613 milyon 199 min kub metr təbii qaz ixrac edilmişdi. 
Neft-qaz sektoruna daxil olan malların ixracı 2023-cü ilin yanvar ayının ixracının 84,8%-ni təşkil edib. Ötən ilin yanvarında bu nisbət 92.48% idi. 
İXRAC AZALIB, İDXAL ARTIB
2023-cü ilin Yanavar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 milyard 289 milyon 529 min ABŞ dolları təşkil edib. İxrac əməliyyatları 1 milyard 876 milyon 84 min ABŞ dolları, idxal əməliyyatları üzrə 1 milyard 412 milyon 687 min ABŞ dolları təşkil edib. Xarici ticarətdə saldo müsbət 464 milyon 156 min ABŞ dolları olub. 
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 4 milyard 61 milyoyn 547 min ABŞ dolları, o cümlədən ixrac əməliyyatları 3 milyard 86 milyon 682 min ABŞ dolları, idxal əməliyyatları 974 milyon 865 min ABŞ dolları, saldo 2 milyard 111 milyon 817 min ABŞ dolları təşkil etmişdi. 
Azərbaycanın xarici ticarətində profisit (müsbət saldo) 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında 4,5 dəfə az olub. Saldonun kəskin azalması ixracın düşməsi, idxalın isə artması ilə əlaqədardır. Xarici ticarət dövriyyəsi 19 %, ixrac 39,2 % azalıb, idxal isə 44,9 % artıb.
Azərbaycanın neft və qaz ixracından gəlirləri kəskin azaldıAzərbaycanın neft və qaz ixracından gəlirləri kəskin azaldı

Maliyyə     Tarix: 16 fevral 2023

Oxşar xəbərlər

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari