Azərbaycanın ödəniş təşkilatları kredit verə biləcəklər

Azərbaycanın ödəniş təşkilatları kredit verə biləcəklərXəbər verdiyimiz kimi, Mərkəzi Bank "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nı təsdiq edib.
Marja.az xəbər verir ki, Qaydaların 9-cü bəndi ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının reditin verilməsi fəaliyyətini tənzimləyir.
Qeyd edilib ki, kredit köçürməsi (ödəniş tapşırığı) (9.1), birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş əməliyyatını aparan təşkilat tərəfindən təşkilatın ödəniş xidmətindən istifadə edən ödəniş xidməti istifadəçisinə kredit verilə bilər. Kredit Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, aşağıdakı tələblər gözlənilməklə verilir:
9.1.1. bu Qaydanın 9.1.2-ci yarımbəndinin tələbi nəzərə alınmaqla, kredit bir ödəniş əməliyyatı üzrə 50 (əlli) manatdan çox olmamaqla yalnız milli valyutada 2 (iki) aydan çox olmayan müddətə verilir;
9.1.2. alınan kredit tam geri qaytarılmayanadək həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilmir;
9.1.3. təşkilatın məcmu kapitalı bu Qayda ilə müəyyən edilən tələblərdən aşağı olduqda kredit verilmir;
9.1.4. verilmiş kreditlərin ümumi məbləği təşkilatın məcmu kapitalının 10%-dən çox ola bilməz;
9.1.5. kredit verildiyi tarixdən 2 (iki) ay ərzində qaytarılmadıqda ümidsiz aktiv hesab edilir və belə kreditlərin həcmi verilmiş kreditlərin ümumi məbləğinin 10%-ni aşdıqda təşkilat tərəfindən kredit verilmir.
Qeyd edilib ki,  Qaydanın 9.1-ci bəndində müəyyən edilən tələblər çərçivəsində ödəniş xidməti istifadəçilərinə verilən kreditlər yalnız təşkilatın öz vəsaitləri hesabına maliyyələşdirilir. Təşkilat ödəniş xidməti istifadəçilərindən qəbul edilən vəsait hesabına kredit verə bilməz.
Təşkilat verilmiş kreditlər barədə hesabatı aylıq əsasda növbəti ayın ilk 5  iş günündən gec olmayaraq  Qaydanın 6 nömrəli Əlavəsinə uyğun olaraq Mərkəzi Banka təqdim etməlidir.
"" ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələbləri, məcmu kapitalın hesablanması qaydasını, strukturunu və tərkibini, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi və ödəniş xidməti istifadəçilərinə kreditlərin verilməsi qaydasını, elektron pul təşkilatı tərəfindən qəbul edilmiş pul vəsaitinin investisiya edilə biləcəyi aşağı riskli likvid aktivləri, əməliyyat və ya təhlükəsizlik insidentləri barədə məlumat verilməsi hallarını və qaydasını, həssas ödəniş məlumatları ilə prosedurlara dair tələbləri müəyyən edir. Hazırki Qayda həmçinin, ödəniş təşkilatı və elektron pul təşkilatının fəaliyyət proqramı və biznes-planına, daxili nəzarət və risklərin idarəetmə sistemlərinə, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirlərinə, fövqəladə hallarda fəaliyyətinin davamlılığına və bərpa planına dair tələbləri, müstəsna olaraq hesab üzrə məlumat xidməti göstərmək istəyən ödəniş təşkilatı üçün mülki məsuliyyətinin sığortasının (qarantiyanın) minimum miqdarını, informasiyanın mühafizəsinin təmin edilməsinə dair tələbləri, habelə ödəniş təşkilatı və elektron pul təşkilatının fəaliyyətinə dair hеsаbаtların formasını, məzmununu və təqdim edilməsi qaydasını müəyyən edir.

Banklar     Tarix: 24 yanvar 2024

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya