ABŞ gəmiqayırma və dəniz nəqliyyatı üzrə Çinlə danışıqlara başlayır
ABŞ Çinlə dəniz daşımaları üzrə danışıqlara başlayır, liman rüsumlarını dondurur.
Biznes.az xəbər verir ki, Tramp administrasiyası Çinlə gəmiqayırma və dəniz daşımaları üzrə danışıqlara başlayacağını və Çinlə bağlantılı gəmilər üçün liman rüsumlarını 10 noyabr 2025-dən etibarən bir il dayandıracağını açıqlayıb.
ABŞ Ticarət Nümayəndəliyi (USTR) 301-ci maddə çərçivəsində tətbiq edilən cəza tədbirlərinin müvəqqəti dondurulduğunu bildirib. Bu addım Tramp və Si Cinpin arasında əldə olunmuş ticarət gərginliyini azaltma razılaşmasının bir hissəsidir.
Bundan əlavə, gəmi kranları və yük şassilərinə 100% rüsumlar da müvəqqəti dayandırılıb. Çin də ABŞ gəmilərinə tətbiq etdiyi cavab rüsumlarını ləğv edib.
Analitiklərə görə, Çin dövlət şirkəti COSCO bu rüsumlardan ən çox zərər görən tərəf olub və illik xərclər 1,5 milyard dollar səviyyəsinə çata bilər.
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd