Azərbaycanın tanınmış şirkət sədrindən "Bitcoin" ilə bağlı - AÇIQLAMA - VİDEO

Azərbaycanın tanınmış şirkət sədrindən "Bitcoin dünyada ödəniş vasitəsi kimi deyil, yığım vasitəsi, bir rezerv (ehtiyat) aktivi kimi öz yerini tutuacaqdır".
FED.az xəbər verir ki, bunu Türkiyənin "Habertürk" televiziya kanalının "Yatırımcı Rehberi" proqramına müsahibəsində "InvestAZ Yatırım" şirkətinin İdarə Heyətinin sədri, tanınmış iş adamı Eləşən Quliyev bildirib. Qeyd edək ki, Elşən Quliyev Azərbaycanda fəaliyyət göstərən "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin Təsisçisi və Müşahidə Şurasının Sədridir.
Elşən Quliyev  qeyd edib ki, Bitcoin-i, digər kriptovalyutaları və rəqəmsal (digital) valyutaları bir birindən ayırmaq lazımdır:
"Çox vaxt bunları qarışdırırlar. Bir var kriptovalyuta, bir var Bitcoin, bir də var rəqəmsal pullar. Düzdür Bitcoin də kriptovalyutadır, amma Bitcoin-in kriptovalyutalar içərisində ayrı bir yeri var. Hər şey Bitcoin ilə başladı. Bitcoin-i qızılın virtual variantı kimi düşünülməlidir, çünki sayı məhduddur. Bitcoin-in alqoritmi fərqli fəlsəfə ilə yaradılıb. Rəqəmsal valyutalar isə bizim hazırda istifadə etdiyimiz ənənəvi kağız və metal pulların yerinə keçəcəkdir. Mərkəzi banklar pul çap etmək yerinə elektron (rəqəmal) pulları istifadəyə verəcəkdir. Bu, makroiqtisadiyyatı pozmayacaq, balansı dəyişdirməyəcək".
"İnvest-Az İnvestisiya Şirkəti"nin təsisçisi vurğulayıb ki, Bitcoin alternativ yığım vasitəsi kimi bazarda qalacaqdır:
"Kriptovalyutalar, xüsusilə Bitcoin ödəniş vaitəsi kimi deyil, yığım vasitəsi olaraq, rezerv (ehtiyat) bir aktiv olaraq dünyanın sərmayə bazarlarında yerini tutacaqdır. Hazırda Türkiyə kriptovalyutalara ehtiyatlı yanaşır, bu da normaldır, Türkiyə bir çox mövzuya ehtiyatla yanaşır. Gec-tez kriptovalyutalara sərmayə yatırılması doğru olacaqdır və Türkiyəyə fayda da verəcəkdir. Çünki alternativ yığım vasitəsidir". (Marja)

Kriptovalyuta     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib

Bitcoin bahalaşdı

Kriptovalyuta bazarında son qiymət göstəriciləri müəyyənləşib. xəbər verir ki, "Bitcoin"in qiyməti son 1 həftədə 1,28% azalaraq, son 24 saatda isə 4,17% artaraq 106 113 dollar təşkil edib. "Eterium"u

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı

Bitkoin bahalaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında Bitkoin son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne


iqtisadi xeberler investisiya avtomobil xeberleri dollar kursu 1000 manatla biznes