Azərbaycanın xarici ticarətində hər 1000 dolların 200 dolları Rusiyaya gedir
2023-cü ilin ilk 4 ayında Azərbaycanın Rusiyadan malların idxalının dəyəri 1 milyard 37 milyon 744 min dollar təşkil edib. Bu, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 343 milyon 165 min dollar və ya 49,4% çoxdur. 2022-cü ilin ilk 4 ayında Azərbaycanın Rusiyadan malların idxalının dəyəri 694 milyon 579 min dollar təşkil etmişdi.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan idxalın Azərbaycanın cəmi idxalında xüsusi çəkisi 19,59% təşkil edib. 2022-ci ilin ilk 4 ayında bu nisbət 17,19% idi.
2023-cü ilin ilk 4 ayında Azərbaycandan Rusiyaya malların ixracı 349 milyon 476 min dollar təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 150 milyon 590 min dollar və ya 75,7% çoxdur.
2023-cü ilin ilk 4 ayında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1 milyard 387 milyon 220 min dollar olub. Azərbaycan Rusiya ilə ticarətdə 688 milyon 268 milyon dollar mənfidədir (idxalı ixracını üstələyir).
2023-cü ilin ilk 4 ayında Azərbaycanın Çindən idxalı 152 milyon 237 min dollar və ya 24,5% artaraq 772 milyon 787 min dollar, Türkiyədən idxalı isə 70 milyon 757 min dollar və ya 10,3% artaraq 758 milyon 190 min dollar təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 882 milyon 674 min ABŞ dolları təşkil edib. O cümlədən, ixrac əməliyyatları 12 milyard 584 milyon 813 min ABŞ dolları, idxal əməliyyatları 5 milyard 297 milyon 861 min ABŞ dolları olub. Nəticədə 7 milyard 286 milyon 951 min ABŞ dolları saldo yaranıb.



"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?