Azərbaycanın xarici ticarətinin müsbət saldosu 4,5 dəfə azalıb - İXRAC AZALIB, İDXAL ARTIB

Azərbaycanın xarici ticarətinin müsbət saldosu 4,5 dəfə azalıb - İXRAC AZALIB, İDXAL ARTIB2023-cü ilin Yanavar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 milyard 289 milyon 529 min ABŞ dolları təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac əməliyyatları 1 milyard 876 milyon 84 min ABŞ dolları, idxal əməliyyatları üzrə 1 milyard 412 milyon 687 min ABŞ dolları təşkil edib.
Xarici ticarətdə saldo müsbət 464 milyon 156 min ABŞ dolları olub. 
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 4 milyard 61 milyoyn 547 min ABŞ dolları, o cümlədən ixrac əməliyyatları 3 milyard 86 milyon 682 min ABŞ dolları, idxal əməliyyatları 974 milyon 865 min ABŞ dolları, saldo 2 milyard 111 milyon 817 min ABŞ dolları təşkil etmişdi. 
 Azərbaycanın xarici ticarətində profisit (müsbət saldo) 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında 4,5 dəfə az olub. Saldonun kəskin azalması ixracın düşməsi, idxalın isə artması ilə əlaqədardır.
Xarici ticarət dövriyyəsi 19 %, ixrac 39,2 % azalıb, idxal isə 44,9 % artıb.
Azərbaycanın xarici ticarətinin müsbət saldosu 4,5 dəfə azalıb - İXRAC AZALIB, İDXAL ARTIBAzərbaycanın xarici ticarətinin müsbət saldosu 4,5 dəfə azalıb - İXRAC AZALIB, İDXAL ARTIB

Maliyyə     Tarix: 15 fevral 2023

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb

BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə təbii qaz təchizatına dair müqavilə imzalayıb. Türkiyəni

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd


iqtisadi xeberler dollarin kursu bu gun telefonla pul qazanmaq emlak xeberleri bitkoin qiymeti