Azərbaycanla Özbəkistan birgə investisiya fondu yaradacaq

Azərbaycanla Özbəkistan birgə investisiya fondu yaradacaq"Özbəkistan və Azərbaycan hakimiyyətləri ümumi layihələri reallaşdırmaq məqsədilə birgə investisiya fondu yaratmağı planlaşdırır".
Bunu Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət məsələləri üzrə nazir Jamşid Xocayev Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında bildirib.
"Birgə layihələrin icrası üçün Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması vacibdir. Biz bir həftə ərzində bu istiqamətdə yol xəritəsi hazırlamağa dair razılıq əldə etmişik", - o qeyd edib.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana işgüzar səfəri zamanı neft-qaz, kimya, toxuculuq, kənd təsərrüfatı sahələri üzrə 500 milyon dollarlıq sənədlər paketi imzalanıb: "İndi onların vaxtında və keyfiyyətli şəkildə icrasını təmin etmək lazımdır".
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu fəallaşdırmağın vacibliyini söyləyib: "Bu aspektdə birgə investisiya fondunun yaradılması və fəaliyyəti hər iki ölkənin investorlarına kömək edəcək və etməli olacaq yaxşı alət ola bilər".
O, əməkdaşlığın perspektiv istiqamətləri sırasında enerji sənayesini xüsusi qeyd edib.
Nazir xatırladıb ki, iyulun əvvəlində SOCAR və "Özbəkneftqaz" arasında hər iki dövlətdə neft yataqlarının birgə işlənməsi, eləcə də bərpa olunan enerji və rəqəmsallaşdırma layihələrində əməkdaşlıq üçün yol xəritəsi imzalanıb: "Ticarət dövriyyəsinə gəlincə, bizim üçün ortamüddətli hədəfləri müəyyən etmək yaxşı olardı... Mən üç-dörd ildən gec olmayaraq, yüz milyonlardan deyil, bəlkə də bir milyard dollardan danışmağımızı istərdim".
"Report"

Maliyyə     Tarix: 02 avqust 2022

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro


iqtisadi xeberler birbank biznes qurmaq en son xeberler valyuta mezennesi