Azərbaycanlı proqramçı 27 milyon dollar - İNVESTİSİYA ALDI
Azərbaycanlı proqramçı Qərib Mehdiyevin həmtəsisçisi olduğu "WeTravel" startapı 27 milyon dollar investisiya alıb.
FED.az xəbər verir ki, bu barədə Milli İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat yayıb. O bildirib ki, həmyerlimiz həmkarları Yohannes Koeppel və Zaki Prabovo ilə birgə 2014-cü ildə qurduğu bu startap üçün indiyə qədər 7 milyon dollar investisiya alıb. Startapın cəlb etdiyi sonuncu investisiyadan sonra isə məbləğ 34 milyon dollar çatıb.
Qeyd edək ki, xeyli müddət ABŞ da çalışan startap komandası son illər işləri davam etdirmək üçün daha münbit biznes şəraiti olan Amsterdama köçüblər. Hazırda "WeTravel"in ABŞ-da, Niderlandda və Azərbaycanda işçi komandası fəaliyyət göstərir.
"WeTravel" startapı səyahət təşkilatçılarına vəsait toplamaq, qlobal ödənişləri gerçəkləşdirmək və logistikanı təşkil etmək üçün müxtəlif alətlər və imkanlar təklif edən onlayn ödəniş platformasıdır.

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Dropshipping nədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt