Azərbaycanlı şagird Kanadanın 7 universitetindən qəbul alıb
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində təhsil alan Nuray Həsənova Kanadanın 7 universitetindən qəbul alıb.
Marja-ya verilən məlumata görə, Nuray Həsənova Azərbaycanda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinfində təhsil alır.
N. Həsənova xanım ümumi təhsil müddətində aşağıdakı nailiyyətləri qazanıb:
1) "İstedadlı Uşaqlar festivalı" da uğurlarına görə diplomla təltif olunub.
2) "Math Without Borders" beynəlxalq olimpiadasında 6 dəfə medal (3-ü gümüş, 3-ü qızıl olmaqla) qazanmışdır.
3) Məktəb müdiriyyəti tərəfindən hər il "Təqdirnamə"lər və "Fəxri Fərman"larla təltif olunmuşdur.
4) 9-cu sinifdən etibarən Respublika Fənn Olimpiadalarında iştirak etmişdir. Hal-hazırda da coğrafiya fənni üzrə keçiriləcək Respublika fənn olimpiadasının final mərhələsinə vəsiqə qazanmışdır.
5) 11-ci sinif Buraxılış imtahanından Riyaziyyat-100, İngilis dili-98,2, Ana dili-93,3 bal olmaqla ümumi 291,5 bal toplamışdır (maksimal bal 300 baldır).
6) İngilis, Alman dillərini yüksək səviyyədə bilir.
Nuray "Data Science" üzrə Bakalavr təhsili almaq məqsədilə Kanadanın top universitetlərinə müraciət edib və 7 universitetdən qəbul alıb. Onların "Top 5"likdə olanları aşağıdakı univesitetlərdir.
1) "University of Toronto"
2) "University of British Columbia" (4 il üçün 80 000 CAD təqaüd verilib)
3) "University of Alberta"
4) "University of Waterloo"
"University of British Columbia" Nuraya 4 il təhsil müddətində 80 000 Kanada dolları (CAD) məbləğində təqaüd verib.
"University of British Columbia" Dünyada "Data Science" üzrə ən yüksək təhsil verən universitetlərin "Top 5"liyində olduğu üçün, Nuray Həsənova bu universiteti seçməyi düşünür.
Nuray bu sahə üzrə yüksək keyfiyyətli təhsil almasıyla dünyaya, eləcə də Azərbaycana faydalı insan, mütəxəssis kimi formalaşacaqdır.




/ marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dropshipping nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Kriptovalyuta nədir?
SMM nədir?