"AzerGold" növbəti Təqaüd proqramını elan edir

"AzerGold" QSC dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün növbəti "Təqaüd proqramı" müsabiqəsini elan edir.
Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən təqaüd Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq. Müsabiqədə 2025-2026-cı tədris ili üzrə bakalavr və magistr səviyyəsinin sonuncu kursunda dağ-mədən mühəndisliyi, geologiya, ekologiya və metallurgiya mühəndisliyi sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər. Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarətdir.
Cəmiyyətin Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq. Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb edilərək, hər biri müvafiq təltifnamə və tədris ili müddətində, hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra tələblərə uyğun müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
"Təqaüd proqramı" layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün "AzerGold" QSC-nin rəsmi veb-saytında "Karyera" bölməsində yaradılmış "Təqaüd proqramı" altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur. Müsabiqəyə elan dərc edildiyi gündən (11 avqust 2025-ci il) start verilir. Müraciət üçün son tarix 30 avqust 2025-ci ildir. / fed.az

Biznes     Tarix: 11 avqust 2025

Oxşar xəbərlər

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler 1000 manatla biznes kripto dollar manat kursu bitkoin