"AzerGold" QSC-də korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı keçirilib

"AzerGold" QSC-də Səhmdar Cəmiyyətinin əməkdaşları üçün "Korrupsiyaya qarşı mübarizə üzrə uyğunluğun təmin edilməsi" mövzusunda maarifləndirmə seminarı keçirilib.
Seminar "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində təşkil olunub. Antikorrupsiya davranış modelinin formalaşdırılması və bu sahədə savadlılığın artırılması, korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi məqsədilə keçirilən seminarda Cəmiyyətin aparatında çalışan və bütün struktur bölmələri təmsil edən əməkdaşlar iştirak edib.
Seminar zamanı təlimçilər tərəfindən "AzerGold" QSC-nin Korrupsiyaya qarşı mübarizəyə dair siyasəti əməkdaşların diqqətinə çatdırılıb, eləcə də korrupsiyanın mənfi təsirləri, onunla mübarizənin vacibliyi və effektiv üsulları barədə ətraflı məlumatlar verilib, yerli və beynəlxalq təcrübələrə əsaslanan nümunələr əsasında müzakirələr aparılıb. Seminar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılığın artırılması və maarifləndirmə tədbirlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlərdən bəhs olunub, gələcəkdə icrası nəzərdə tutulan tədbirlər haqqında danışılıb. Sonda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, seminar sual-cavab formatında davam etdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinə şərait yaradır. Eyni zamanda, Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, dövlət qurumların fəaliyyətində şəffaflığın artırılmasına və korrupsiyanın ifşa edilməsində effektiv nəzarət mexanizmlərin tətbiqinə xidmət edir / fed.az

Biznes     Tarix: 08 avqust 2025

Oxşar xəbərlər

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler 1000 manatla biznes kripto dollar manat kursu bitkoin