"Azəri-Çıraq-Günəşli"dən qaz hasilatı 200 milyard kubmetri ötüb
2022-ci ilin yanvar-dekabr ayları üzrə operativ məlumatlara əsasən, ötən il ərzində Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,4 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 25,2 milyard kubmetri "Şahdəniz"dən, 8,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2021-ci ilə nisbətən 6,5 faiz, yəni 2,9 milyard kubmetr artımla qaz hasil edilib.
Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.
Hesabat dövründə xaricə qaz satışı 22,3 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 18 faiz çoxdur. Yanvar-dekabr aylarında Avropaya 11,4 milyard kubmetr, Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP vasitəsilə bu müddətdə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub.
Nazirlikdən verilən məlumata əsasən, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 1 yanvar 2023-cü il tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 203,4 milyard kubmetr, "Şahdəniz"dən isə 182,8 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 128 milyard kubmetrə yaxın həcmi ixraca nəql olunub.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Françayzinq nədir və necə olur?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Dropshipping nədir?
İlon Mask kimdir?