"Azərlotereya" KSM və sponsorluq fəaliyyətinin hesabatını - AÇIQLADI

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC hər zaman cəmiyyətin inkişafına hesablanan sosial yönümlü layihələrə xüsusi önəm verir.
FED.az xəbər verir ki, şirkət ötən il də Korporotiv Sosial Məsuliyyət (KSM) çərçivəsində ölkə əhəmiyyətli tədbirlərin təşkilinə dəstək verməklə yanaşı, maraqlı layihələrə imza atması ilə seçilib.
"Azərlotereya" "Əmanətə Sədaqət" layihəsi üzrə  Azərbaycan və Türkiyənin universitetlərində təhsil alan bütün şəhid ailə üzvlərinin təhsil və yaşayış xərclərini qarşılamaq başda olmaqla, bir çox sosial layihələri həyata keçirir.
Şirkət Qarabağ Dirçəliş Fondu ilə birgə "Hər şey Qarabağ üçün" layihəsinə start verib. Layihə çərçivəsində "Azərlotereya"nın tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə edilir.
Fəaliyyətində hər zaman idmanın inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərən "Azərlotereya"nın "Misli" brendi hazırda Azərbaycan Premyer Liqasının baş sponsorudur. Şirkətin bu addımı ölkədə futbolun inkişafına böyük töhfə verir.
Bu yolda görülən işlərdən biri də "Azərlotereya" ilə "Sabah" futbol və basketbol, eləcə də "Mingəçevir" Futbol Klubu arasında imzalanmış sponsorluq müqaviləsidir. Məqsəd idmanda kütləviliyin təmin edilməsi, gənc idmançıların yetişməsi, futbol və basketbol yarışları vasitəsi ilə sosial məsuliyyətin təbliği, azarkeş mədəniyyətinin formalaşmasına dəstək olmaqdır.
"Azərlotereya" sağlam həyat tərzinin təşviqində də fəal iştirak edir. Bu timsalda şirkət "Bakı Marafonu"nun tərəfdaşı olub. Marafonda 20 minədək iştirakçı yarışıb.
"Azərlotereya"nın KSM fəaliyyətinin əsas istiqamətlərindən biri də ekologiya və ətraf mühitin mühafizəsidir. Şirkət ətraf mühitin mühafizəsinə töhfə vermək məqsədilə "Gələcəyə yaşıl miras" devizi ilə ağacəkmə aksiyasına qoşulub. Həmçinin nazirliyin "Yaşıl Gələcək" adlı ağacəkmə layihəsinə qoşularaq çox sayda ağacın əkimi üçün ianə edib.
Təhsil sahəsinə xüsusi önəm verən "Azərlotereya" bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq memorandumu imzalayıb. Fərqli sahələr üzrə tədrisə dair müxtəlif dillərdə kitabların alınmasını həyata keçirərək UNEC kitabxanasına böyük töhfə verib.
Həmçinin "Azərlotereya" "Heydər Əliyev ili" çərçivəsində elm və təhsilin inkişafına dəstək məqsədilə yerli universitetlərə qəbul imtahanında öz qrupları üzrə ən yüksək bal toplamış tələbələrdən 11 nəfəri xüsusi təqaüdlə təmin edib.
Şirkət elm və təhsilin tərəqqisinə töhfə vermək, onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasına da dəstək olub.
Ölkəmizdə startap ekosisteminin inkişafına dəstək göstərmək adına "Azərlotereya"nın ASAN İnnovasiyalar Mərkəzi  ilə əməkdaşlığı çərçivəsində "Brain Game" intellektual oyun hakatonu keçirilib.
Sadalanan işlərin fonunda "Azərlotereya" digər sahələr üzrə də hər zaman aktivlik göstərərək müxtəlif böyük tədbirlərdə sponsor kimi çıxış edib. Şirkət bundan sonra da dövlətimizin tərəqqisində önəmli rol oynayan KSM və dayanıqlı inkişaf üzrə önəmli mövzulara dair yeni təşəbbüslərdə iştiraka davam edəcək.

Biznes     Tarix: 06 fevral 2024

Oxşar xəbərlər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler pul qazanmaq dollarin kursu bu gun biznes krediti depozit faizleri