"Azərlotereya"da - YENİ TƏYİNAT
"Azərlotereya" ASC-də kadr dəyişikliyi olub.
İyun ayında "Azərlotereya" - 11 BÖYÜK UDUŞ QAZANDIRIB
FED.az xəbər verir ki, şirkətin Marketinq üzrə yeni baş rəhbəri Dilarə Bəylərova təyin edililib. O, bundan öncə Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos) Marketinq kommunikasiyaları və digital media üzrə rəhbər vəzifəsində çalışıb. Həmçinin 2011-2016-cı illərdə "Nar Mobile"- "Azerfon" MMC-nin Marketinq kommunikasiyaları departamentinin rəhbəri, 2016-2021-ci illərdə isə "Formula-1" Azərbaycan Qran Pri təşkilatçısı Bakı Şəhər Halqası şirkətində marketinq meneceri kimi fəaliyyət göstərib.
Kadr siyasətində peşəkar kollektivin formalaşdırılmasına önəm verən "Azərlotereya" ASC-də işçi sayı artmaqda davam edir. "Azərlotereya" ASC Türkiyə şirkətinə idarəetməyə verildikdən sonra əməkdaşlarının sayı 3 dəfədən çox artırılaraq 49-dan 181-ə qaldırılıb.
Beynəlxalq standartlarla ayaqlaşan fəaliyyət sferasında "Azərlotereya" ASC yerli əməkdaşlarla yanaşı xarici mütəxəssisləri də işə cəlb edir. Ölkənin qeyri-neft sektorunda əhəmiyyətli iştirakçıya çevrilmiş "Azərlotereya" ASC-də rəqabətli insan kapitalının formalaşdırılması əsas məqsədlərdən biridir. Müasir innovativ texnologiyaları tətbiq edən şirkət iş proseslərinin bütün mərhələləri daxil olmaqla dəyər zəncirini maksimum rəqəmsallaşdırır, dördüncü sənaye inqilabının töhfələrindən olan robotik proseslərin avtomatlaşdırılması kimi yenilikləri öz fəaliyyət sahələrinə inteqrasiya edərək işçilərin bu texnologiyalara və innovasiyalara dair biliklərini artırır.
"Azərlotereya" ASC üzvü olduğu Avropa Lotereyaları Assosiasiyası (EL), Dünya Lotereyaları Assosiasiyası (WLA), həmçinin "Scientific Games", "Demirören Holding" və digər xarici partnyorların təqdim etdiyi seminarlarda öz işçilərinin iştirakını təşviq edərək kritik biznes tərəfdaşlarının müasir beynəlxalq standartlara bələd olması üçün mütəmadi olaraq məlumatlar bölüşərək təlimlər həyata keçirir.
"Azərlotereya" ASC-də işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətə davamlı əmək haqqı ilə təmin olunurlar.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?