"Azərsun Holdinq"in gəlirləri 2 milyard manata yaxınlaşdı – QAZANCI AÇIQLANDI – HESABAT

Azərbaycanın ən böyük biznes maliyyə qruplarından olan "Azərsun Holdinq" 2022-ci ilin nəticələrini açıqlayıb. 
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə "Azərsun Holdinq" və ona daxil olan şirkətlərin satışdan ümumi gəliri 1 milyard 825 milyon manat və ya təqribən 1,1 milyard dololara çatıb. 
"Azərsun Holdinq"in sahibindən hökumətə – YENİ TƏKLİF 
10 milyonluq şirkət "Azərsun Holdinq"in şirkətinə - BİRLƏŞİR
2021-ci illə müqayisədə şirkətin satışdan gəlirləri 300 milyon manat və ya 20% artıb. 
Satışın maya dəyəri isə 1 milyard 360 milyon manatdar, bu göstərici isə 210 milyon manat və ya 18% artıb. 
Nəticədə "Azərsun Holdinq" 2022-ci ili 465 milyon manat məcmu mənfəətlə başa vurub, bu 2021-ci illə müqayisədə 90 milyon manat və ya 24% artıqdır. 
2022-ci ildə "Azərsun Holdinq" inzibati və ümumi xərclərə 311 milyon manat xərcləyib – 2021-ci illə müqayisədə bu məbləğ 73 milyon manat və ya 30% artıb. 
Satış və paylama xərcləri isə 100 milyon manat təşkil edib. 
Ötən il "Azərsun Holdinq"un maliyyə xərcləri 11,5 milyon manata yüksəlib, eləcə də şirkət yaranmış məzənnə fərqindən 2,2 milyon manat itirib. 
Nəticədə 2022-ci ildə "Azərsun Holdinq"in vergidən əvvəlki mənfəəti 43 milyon manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 9 milyon manat və ya 20% azdır. 
2022-ci ilin nəticələrinə görə, "Azərsun Holdinq" 21,5 milyon manat mənfəət vergisi ödəyib, eləcə də, 6,3 milyon manatlıq vergi öhdəlikelərini qapayıb. Nəticədə şirkətin illik xalis mənfəəti 15,2 milyon manat olub. Bu 2021-ci illə müqayisədə 13 milyon manat və ya 46% azdır. 2021-də "Azərsun Holdinq"un xalis mənfəəti 28G,3 milyon manat olmuşdu. 
2022-ci ildə "Azərsun Holdinq"un cəmi aktivləri 140 milyon manat artaraq 1 milyard 163 milyon manata yüksəlib. Bunun 438 milyon manatı torpaq, tikili və avadanlıqlar, 443 milyon manat isə mal-material ehtiyatlarıdır. 
Şirkətin 152 milyon manat alacaqları, yəni debitor borcları, təqribən 50 milyon manat isə pul vəsaitləri olub. 
Şirkətin cəmi kapitalı isə 2022-ci ilin sonuna 416 milyon manat təşkil edib – 2021-ci illə müqayisədə təqribən 21 milyon manat artım var. 
"Azərsun Holdinq"un nizamnamə kapitalı  127 milyon manatdır, 371 milyon manat isə indiydəək bölünməyən mənfəət toplanıb. 
2022-ci ilin sonuna "Azərsun Holdinq"uin öhdəlikləri 746 milyon manat təşkil edib. Bir il əvvəllə müqayisədə öhdəliklər 115 milyon maat artıb. Öhdəliklərin 455 milyon manatını müxtəlif tərəflərdən alınan borc və kreditlər təşkil edir. 

Biznes     Tarix: 23 iyun 2023

Oxşar xəbərlər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun