"Azərsu"yun Dünya Bankına borcu 4 dəfə azalıb
"Azərsu" ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 260,097 milyon manat təşkil edib.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,8 % azdır.
Hesabat dövründə "Azərsu"yun Maliyyə Nazirliyinə borcu 15,6 % artaraq 148,504 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 1,5 % azalaraq 58,701 milyon manat, Fransanın korporativ və investisiya bankı "Natixis"ə borcu 16,2 % azalaraq 32,496 milyon manat, Dünya Bankına borcu 3,8 dəfə azalaraq 3,843 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu 0,4 % artaraq 16,553 milyon manat olub.
Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz, KfW illik 0,75%-lə, "Natixis" illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə verib.
Xatırladaq ki, "Azərsu" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?
Biznes nədir və hansı növləri var?
Biznes qurmaq üçün nə lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası