"Azexport" portalı yerli məhsulların Oman və Qətərə ixracını həyata keçirəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport.az" portalının "Gələn alıcı missiyası" (Incoming Buyer Mission) proqramı çərçivəsində Azərbaycanın şimal bölgəsində yerləşən təsərrüfatlara, soyuducu anbar və logistika mərkəzlərinə növbəti səfər təşkil olunub.
Səfərdə Oman və Qətər daxil olmaqla, 10-dan çox ölkəyə ixrac həyata keçirən xarici şirkət nümayəndələri iştirak ediblər. Alıcılar intensiv və superintensiv meyvə bağlarında yetişdirilən məhsullar, onların çeşidlənməsi, qablaşdırılması və daşınması proseslərində tətbiq olunan müasir texnologiyalarla tanış olublar.
"Azexport" portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanda istehsal olunan meyvə-tərəvəz məhsulları xarici alıcılar tərəfindən böyük maraqla qarşılanır və regionda yüksək keyfiyyəti və dadı ilə seçilir. Bu görüşlər ixrac əlaqələrinin genişlənməsinə və yerli istehsalçılarımızın beynəlxalq bazarlarda daha geniş tanınmasına xidmət edir.
Ayxan Qədəşovun sözlərinə görə, növbəti mərhələdə yerli məhsullar üçün əsas hədəf pərakəndə satış bazarlarına uyğun qablaşdırma və brendləşdirmə olmalıdır. Yəni artıq təkcə topdansatış deyil, həm də pərakəndə satışa hazır, keyfiyyətli və tanınan brend məhsulların ixracına keçid üçün zaman yetişib. Məhsulların ixrac bazarlarına brendləşdirilmiş formada təqdim olunması eyni həcmdə daha yüksək qiymətlə satışı təmin edir. Bu istiqamətdə "Azexport" portalının yerli sahibkarlarla birgə fəaliyyəti davam edəcək.
Portalın "Gələn alıcı missiyası" proqramı çərçivəsində müxtəlif ölkələrdən gələn şirkət nümayəndələri yerli sahibkarlarla birbaşa əlaqə qurmaq, məhsulları yerindəcə qiymətləndirmək və əməkdaşlıq üçün müzakirə aparmaq imkanı əldə edirlər. İndiyədək bu proqram çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətlərinin Azərbaycana səfəri təşkil edilib, yerli məhsulların beynəlxalq bazarlarda tanıdılması və ixrac həcmlərinin artırılması "Azexport" tərəfindən dəstəklənib.
Bənzər görüşlərdə iştirak etmək istəyən yerli şirkətlər "Azexport" portalına müraciət edə bilərlər. Görüşlərin təşkili və portal tərəfindən təqdim olunan xidmətlər tamamilə ödənişsizdir, hər hansı xidmət haqqı və ya komissiya nəzərdə tutulmur.
/ marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Onlayn biznes ideyaları
Marketinq nə demədir?
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?