"AzKlima" MMC -nin cari ildə həyata keçirdiyi layihələr - FOTO HESABAT
Azərbaycanda bina, mənzil və ofislərdə havalandırma, isitmə və soyutma sistemlərinin quraşdırılması işləri və satışı ilə məşğul olan tanınmış şirkət "AzKlima" MMC 2022- ci il üzrə həyata keçirdiyi layihələrin icrası ilə bağlı fotohesabatını təqdim edib.
FED.az xəbər verir ki, şirkət bazarda bir il fəaliyyət göstərməsinə baxmayaraq öz peşəkar komandası tərəfindən cari il ərzində bir çox layihələr həyata keçirib. Şirkət istər korporativ istərsə də fəridi müştərilərdən daxil olan sifarişlər üzrə layihələrin hazırlanması işlərini ödənişsiz əsaslarla icra edib. Layihələndirmə işləri şirkətin xüsusi işçi qrupu tərəfindən hazırlanır.
Bununla yanaşı, şirkət rəhbərliyinin müvafiq qərarı əsasında müştərilərə keyfiyyətli xidmətin göstərilməsi, eyni zamanda müştəri məmnuniyyətinin daha da yüksəldilməsi məqsədi ilə şirkətin işçi heyəti daha da genişləndirilmişdi.
Uğur və davamlılığın zəmanətçisi olan şirkət hər zaman dürüstlük və keyfiyyət prinsipi ilə çalışır. Hazırda şirkət öz peşəkar komandası ilə bir neçə layihənin icrasını uğurla davam etdirir.
Şirkət bazarda yaranmış rəqabət mühitini, eyni zamanda müştərilərə daha keyfiyyətli xidmət göstərmək məqsəd ilə 2023-cü ildə fəaliyyətini daha da gücləndirmək niyyətindədir.
Qeyd edək ki, ölkənin tanınmış şirkətlərindən olan "AzKlima" MMC 2021-ci ildən fəaliyyət göstərir. Şirkət bazara bina, mənzil və ofislərdə havalandırma, isitmə və soyutma sistemlərinin quraşdırılması işlərini və satışını təklif edir. Şirkətin əsas prinsipləri: keyfiyyətli xidmət, münasib qiymət və sifarişlərin vaxtında çatdırılmasıdır.









EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Evdə biznes qurmağın yolları
İban nədir?
SMM nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?