Aztelekom və Antiinhisar arasında məhkəmə çəkişməsi davam edir
Banker.az-ın məlumatına görə, son bir-iki ildə özəl provayderlər üçün bir qədər münbit şərait yaranandan, onların sayı kəskin artandan sonra Aztelekom provayderlərin istifadə etdikləri dövlətə məxsus olan rabitə resurslarının tariflərini qəflətən bir neçə dəfə artırmışdı.
Bu sözləri ekspert Osman Gündüz bildirmişdir. Onun sözlərinə görə "Özəl provayderlərin şikayəti əsasında Antiinhisar yarım il olardı ki, bu məsələni araşdırırdı. Bir müddət öncə Antiinhisar Dövlət Xidməti haqlı olaraq Aztelekom-a qarşı antiinhisar qanunvericiliyin pozulması çərçivəsində qərar qəbul edib , onu cərimələyib və provayderlər üçün müəyyən etdiyi yüksək tarifləri ləğv edib.
Bundan sonra Aztelekom bununla razılaşmayıb, Antiinhisarın bu qərarını məhkəmə səviyyəsində mübahisələndirib. Qeyd edək ki, Bakı İnzibati Məhkəməsində bu işə baxılacaq.
Aztelekom hələlik provayderlərdən məhz özünün müəyyən etdiyi yüksək tariflər əsasında ödənişlər toplayır.
Əlbəttə, dövlətdən resurs əldə edə bilməyən, xarici banklardan kredit hesabına bütün ölkə üzrə nəhəng , faydalı bir fiber-optik infrastruktur quran Aztelekom-un krediti tez geri qaytarmaq səyləri anlaşılandır.
Amma , dərhal qeyd etmək istərdim ki, dövlətə məxsus rabitə resursıarına sahib olan bir təbii inhisar subyekti olaraq həm internet bazarında magistral xidmətlər verən , həm də pərakəndə internet xidməti göstərən Aztelekom-un İSP-lər üçün tarifləri yüksəltməyi məntiqli deyil, ədalətsizdir və mövcud normalara ziddir.
Burada maraqlı məqam həm də odur ki, "Aztelekom Antiinhisara qarşı" məhkəmə çəkişməsi hansısa səbəbdən "Elektron məhkəmə" bazasına yerləşdirilməyib" deyərək ekspert bildirib.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Françayzinq nədir və necə olur?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Amazonda satış etmək üçün bilməli olduqlarınız