"Aztelekom" və "Baktelecom" Dövlət Xidmətinin qərarına etiraz etdi - MƏHKƏMƏYƏ VERƏCƏKLƏR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin onları cərimələməsi ilə bağlı məhkəməyə müraciət edəcək.
"Aztelekom" və "Baktelekom" cərimələndi – Maliyyə sanksiyası tətbiq ediləcək
FED.az xəbər verir ki, bu barədə "Aztelekom" MMC-nin Korporativ Əlaqələr sektorundan bildirilib.
"Dövlət Xidməti Cəmiyyətlər barədə antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair 24.06.2023-cü il tarixli qərar qəbul edilib. Qərara əsasən, qaldırılmış işə Cəmiyyətlər tərəfindən bir sıra infrastruktur xidmətləri üzrə "qiymət manipulyasiyasına yol verilmənin olub-olmaması" hissəsində xitam verilib. Həmçinin həmin qərar ilə Cəmiyyətlər tərəfindən göstərilən data (port) xidmətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə Cəmiyyətlərə göstəriş verib və onların hər birinə 16.500 manat maliyyə sanksiyası tətbiq edilib.
Qərarın bu hissəsinin və göstərişin mövcud qanunvericiliklə təzad təşkil etdiyi və əsassız olduğu qənaətindəyik. Belə ki, Dövlət Xidmətinin mövqeyinə əsasən, Cəmiyyətlərin Tarif (qiymət) Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdiyinin iddia edilməsinə baxmayaraq, Cəmiyyətlər tərəfindən qiymətləri tənzimlənmiş xidmətlər Tarif Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərə heç bir halda aid deyil.
Belə ki, Cəmiyyətlər tərəfindən qeyd edilmiş xidmətlərin təqdim edilməsində kanalyaradıcı avadanlıqlardan istifadə edilməyib. Qeyd olunan məlumatlar və müvafiq sübutların işin araşdırılması zamanı da təqdim edilməsinə baxmayaraq, AİBNDX tərəfindən yuxarıda qeyd edilmiş qərar qəbul edilib. Cəmiyyətlər tərəfindən təqdim edilən xidmətlərə aid qiymətlər mövcud bazar konyukturasına və bazarda eyni xidmətləri təqdim edən digər sabit şəbəkə operatorlarının tətbiq etməkdə olduğu qiymətlərə uyğunlaşdırılaraq təyin edilib. Qeyd olunanlar nəzərə alınmaqla, Dövlət Xidmətinin qəbul etdiyi qərarın Cəmiyyətlər tərəfindən mübahisələndirilməsi nəzərdə tutulub. Bu məqsədlə qanunvericiliyə uyğun olaraq müvafiq məhkəməyə müraciət olunacaq", - deyə açıqlamada qeyd olunub (Report).

Biznes     Tarix: 07 iyul 2023

Oxşar xəbərlər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun