AzTU-da yeni kafedra və institut yaradılıb
Azərbaycan Texniki Universitetində (AzTU) yeni kafedra və institut yaradılıb.
AzTU-dan "Report"a verilən məlumata görə, bu barədə qərar Elmi şuranın 2021/2022-ci tədris ili üzrə keçirilən sonuncu iclasında qəbul edilib.
İclasda yay imtahan sessiyasının nəticələri və tədris ilində universitetin fəaliyyəti barədə məlumat verilib. Həmçinin növbəti semestr üçün perspektiv inkişafla bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
İclasda dövlətin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə prioritetləri nəzərə alınaraq AzTU-nun İKT yönümlü kafedralarının strukturunun təkmilləşdirilməsi və yeni Kibertəhlükəsizlik kafedrasının yaradılması qərara alınıb.
AzTU-da xarici dil hazırlığının təşkili və xarici dil biliklərinin müasir standartlara uyğun tədrisinə yardım məqsədilə Xarici Dil Texnologiyaları İnstitutunun yaradılmasına qərar verilib.

Bakıda nizamnamə kapitalı 10 milyon dollar olan yeni şirkət yaradılıb
Çin vətəndaşı Bakıda 50 min manat kapitalla şirkət yaradıb
Bakıda nizamnamə kapitalı 1,5 milyon manata yaxın olan yeni şirkət yaradılıb
Məşhur enerji içkiləri şirkəti 30 min dollar sərmayə ilə dövlət qeydiyyatına alınıb
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
Azərbaycanda yeni investisiya şirkəti yaradılıb
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
PAŞA Bank biznes, müştəriləri üçün nəzərdə tutulan mobil tətbiqinin yenilənmiş versiyasını istifadəyə verib
PAŞA Bank, EMTA güzəştli kreditin verilməsinə dair müqavilə imzaladı
Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlığa dair mühüm müqavilə imzalanıb
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Digital Card nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
CV-nin tərtib edilməsi prinsipləri
Biznes təlimlər və tədris üsulları