"Azvitamin" MMC və "AGR Group" MMC-nin rəhbərləri cəzalandırıldı - PROKURORLUQDAN AÇIQLAMA
Baş Prokurorluq qida təhlükəsizliyi sahəsində əhalinin həyat və sağlamlığının qorunması, habelə istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə tədbirləri davam etdirir.
FED.az xəbər verir ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində istifadəyə yararsız kartof, bibər və digər yeyinti məhsullarının, habelə spirtli içkilərin satışı zamanı baş verən qanun pozuntuları barədə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb.
Araşdırmalar zamanı 2 hüquqi şəxs və onların vəzifəli şəxsi - "Azvitamin" MMC və onun vəzifəli şəxsi Orxan Səfərov, "AGR Group" MMC və onun vəzifəli şəxsi Gülnarə Abdullayeva, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 4 vəzifəli şəxs - Şəmistan Əsgərov, Ceyhun İsmayılov, Əhliman Məcidov, Elşad Məmmədov, həmçinin 2 fiziki şəxs Elşən Bayramov və Heydər Bayramovun saxlama müddəti ötmüş məhsulların satılmasına və qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması müəyyən edildiyindən barələrində İnzibati Xətalar Məcəlləsinin 447.0.1 və 447.0.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunub.
Qeyd olunan inzibati xəta haqqında iş üzrə icraatlara Bakı şəhərinin Xəzər və Səbail rayon məhkəmələri, həmçinin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baxılaraq, fiziki, vəzifəli və hüquqi şəxslər ümumilikdə 20 min manat məbləğində inzibati qaydada cərimə edilib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
IMEI kod nədir?
SMM nədir?
Biznes nədir və hansı növləri var?