B2B marketinqdə uğurun sirri etibar, innovasiya və müştəri yönümlü yanaşmadır

B2B marketinqdə uğurun sirri etibar, innovasiya və müştəri yönümlü yanaşmadırBiz Nigar Qazıyeva ilə marketinq sahəsindəki karyera yolu, Azərbaycanda B2B marketinqin inkişafı və gələcəyin trendləri barədə danışdıq. O, karyerasında satış və məhsul idarəçiliyindən başlayaraq beynəlxalq layihələrdə iştirak edib, istehsaldan bazara çıxışadək bütün mərhələləri yaxından izləyib. Müsahibədə Nigar Qazıyeva B2B müştərilərlə uzunmüddətli əlaqələrin əsas prinsiplərini, uğurlu marketinq rəhbərinin vacib bacarıqlarını və gələcəyin marketoloqlarının bilməli olduğu yanaşmaları bölüşür.

Marketinq karyeranıza ilk addımı necə atmısınız? Karyeranızda ən böyük dönüş nöqtəsi nə olub?

Marketinq sahəsinə ilk addımımı satış və məhsul idarəçiliyi istiqamətində atmışam. İlk illərdə əsas fəaliyyətim xarici markaların Azərbaycanda təmsil olunması və onların franşiza əsasında satışının təşkilinə yönəlmişdi. Karyeramda ən mühüm dönüş nöqtəsi isə kağız və gigiyena məhsullarının istehsalı ilə bağlı beynəlxalq və yerli layihələrdə iştirakım olub. Xüsusilə də məhsulun yaradılmasından bazara çıxarılmasına qədər bütün mərhələlərdə iştirak etdim və yerli məhsulların beynəlxalq bazara uyğunlaşdırılması üzərində işlədim. Bu təcrübə istehsalın real biznesə çevrilməsini yaxından görmək və həm yerli, həm də qlobal bazar dinamikasını dərindən anlamaq üçün möhkəm baza yaratdı.

Azərbaycanda B2B marketinqin inkişafını necə qiymətləndirirsiniz?

Son illərdə ölkəmizdə B2B marketinqə maraq nəzərəçarpacaq dərəcədə artıb. Şirkətlər artıq anlayırlar ki, B2B marketinq sadəcə satış dəstəyi deyil, həm də uzunmüddətli tərəfdaşlıqlar qurmaq, biznesə əlavə dəyər qatmaq üçün strateji bir alətdir. Bununla belə, görüləcək işlər hələ də çoxdur. Xüsusilə də müştəri yönümlü yanaşmanın daha da gücləndirilməsi və rəqəmsal imkanlardan tam səmərəli istifadə sahəsində.

B2B müştərilər üçün dəyər təklifi hazırlayarkən nələrə diqqət etmək lazımdır?

Ən vacib məqam müştərinin real ehtiyaclarına yönəlməkdir. Dəyər təklifi sadəcə məhsul və xidmətin üstünlüklərini sadalamaq deyil, həmin üstünlüklərin müştərinin işinə hansı əlavə fayda gətirəcəyini göstərməkdir. Burada etibar, ölçülə bilən nəticələr və uzunmüddətli fayda əsas rol oynayır.

Sizcə, uğurlu marketinq rəhbərinin sahib olması lazım olan əsas bacarıqlar hansılardır?

Uğurlu rəhbərin ən vacib xüsusiyyəti təmsil etdiyi məhsul və ya xidməti dərindən tanımasıdır - həm üstünlüklərini, həm də zəif tərəflərini. Bu anlayış bazarda düzgün mövqe tutmaq üçün əsas yaradır. Bununla yanaşı, uğurlu marketinq rəhbərinin malik olmalı olduğu əsas bacarıqlar bunlardır:
• Strateji düşünmə
• Güclü kommunikasiya və liderlik bacarığı
• Data əsaslı qərarvermə
• Komandada yaradıcı mühit yaratmaq
• Müştəri yönümlü yanaşmanı tətbiq etmək
Bu bacarıqlar olmadıqda marketinq yalnız qısamüddətli kampaniyalarla məhdudlaşa bilər. Amma uğurlu rəhbər həm komandaya, həm də bazara uzunmüddətli təsir göstərə bilir.

B2B sahəsində müştəri ilə uzunmüddətli əlaqələr qurmağın ən yaxşı üsulları nələrdir?

Ən əsası etibar və davamlı dəstəkdir. Müştəriyə yalnız satış prosesində deyil, bütün əməkdaşlıq müddətində yanında olduğunuzu göstərmək lazımdır. Daimi ünsiyyət, ehtiyacları əvvəlcədən görmək və müştərini sadəcə alıcı yox, dəyərli tərəfdaş kimi qəbul etmək münasibətləri uzunmüddətli edir.

Gələcəyin marketoloqları üçün hansı texnologiyalar öyrənilməsi vacib olacaq?

Data analitika və süni intellekt artıq hər bir marketoloq üçün əsas bacarıqlardan sayılır. Bununla yanaşı, avtomatlaşdırma platformaları, CRM sistemləri və rəqəmsal davranışların təhlili kimi texnologiyalar da vacib rol oynayacaq. Amma ən mühüm məsələ texnologiyanı sadəcə tətbiq etmək deyil, onu müştəriyə real fayda gətirən vasitəyə çevirməkdir.

Biznes     Tarix: 02 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin


iqtisadi xeberler bitcoin pul qazanmaq en son xeberler biznes krediti