Bacısını öldürmək istəyən qardaş TUTULDU
Sentyabrın 1-i saat 12 radələrində Ağcabədi rayonu, Xocavənd kənd sakini 1994-cü il təvəllüdlü Vüsalə Quliyevaya yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağcabədi rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1992-ci il təvəllüdlü Toğrul Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Vüsalə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Toğrul Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Fransa Azərbaycandan neft alışını artırıb
Azərbaycandan Fransaya 165 min 146 ton neft ixrac edilib. xəbər verir ki, bu, 2025-ci ilin yanvar-sentyabr aylarına məxsus göstəricidir. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, Fransaya ixrac edilmiş nefti
Almaniya iqtisadiyyatı geriləyib
Almaniya iqtisadiyyatına dair investor etimadı noyabr ayında gözlənilmədən azalaraq bərpa ümidlərini zəiflədib. ZEW İqtisadi Etimad İndeksi əvvəlki ayın 39,3 səviyyəsindən 38,5-ə düşüb. İqtisadçılar indeksin 41-ə yüksələcəyin
Tərlan Mehmanov yeni vəzifəyə təyin olundu
Marketinq sahəsində təcrübəli mütəxəssis Tərlan Mehmanov karyerasında yeni mərhələyə qədəm qoyub o, "West Product Marketing" MMC-də Marketinq Departamentinin direktoru vəzifəsinə təyin olunub. Tərlan bəy bunda
Gümüş bahalaşdı
Gümüşün qiymətində yüksəlmə müşahidə edilir. xəbər verir ki, ticarət platformasının məlumatlarına görə, Comex birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) gümüş fyuçerslərinin qiyməti bütün zamanların ən yüksək həddin