Bahar Muradova: "Azərbaycanda qadın sahibkarların sayı 4 dəfəyədək artıb"
Azərbaycanda 2012-ci ildən etibarən qadın sahibkarların sayında 4 dəfəyədək artım müşahidə olunur.
Azərbaycanda qadın iş adamı ixracatçıların reytinqində - 3-CÜ YERƏ YÜKSƏLİB
FED.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda ümumi sahibkarlar arasında qadınların payı 22.7% təşkil edir.
"2020-ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63.3%-ni təşkil edirdisə, 2021-ci ildə 64.8% və 2022-ci ildə 67.1%-ni təşkil etmişdir", - Dövlət Komitəsinin sədri vurğulayıb.
O qeyd edib ki, hazırda ölkə ərazisində 17 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir və onların 8336 üzvü var: "Azərbaycanda əsasən qadın sahibkarların kənd təsərrüfatı ilə məşğul olduqlarını nəzərə alaraq (hər 5 fermerdən biri qadındır) kənd yerlərində bütün siyasətlərə gender aspektinin inteqrasiya edilməsi, qərarların qəbul edilməsi proseslərində və rəhbər vəzifələrdə qadınların bərabər iştirakının təmin edilməsi əsas hədəflərdən biridir. Yerlərdə gender siyasətinin təşviqi məqsədilə Dövlət Komitəsi bütün bələdiyyələrdə Gender Komissiyalarının yaradılması üzrə fəaliyyətə başlamışdır". (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Digital Card nədir?
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?