Bakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilib

Bakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilib2022-ci il oktyabrın 12-də SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın "Maire Tecnimont" şirkətinin dəstəyi ilə yaradılan  Polimer Tədqiqat Laboratoriyasının açılışı olub.
Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, BANM-in rektoru Elmar Qasımov, "Maire Tecnimont" şirkətinin baş icraçı direktoru və baş əməliyyat direktoru Alessandro Bernini, İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri və digər rəsmi şəxslər iştirak ediblər.  
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, tədbirin açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq "Maire Tecnimont" şirkəti tərəfindən yaradılan laboratoriyanın əhəmiyyətindən danışıb.
Rektor 500 min avro dəyərində olan bu laboratoriyanın BANM-in tədqiqat fəaliyyətlərinə dəstək olacağını, həmçinin tələbə və müəllimlərin elmi araşdırmalarına dəyərli fayda verəcəyini qeyd edib. Elmar Qasımov bu laboratoriyanın ən aktiv laboratoriyalardan biri olacağına və burada mühüm tədqiqatların aparılacağına inandığını ifadə edib. Hazırda BANM-in 14 məzununun "Maire Tecnimont" şirkətində çalışdığını vurğulayan Elmar Qasımov bu hadisənin əməkdaşlığın növbəti uğurlu nəticəsi olduğunu bildirib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında "Maire Technimont" şirkətinin dəstəyi ilə Polimer Tədqiqat Laboratoriyasının istifadəyə verilməsinin BANM-in gələcək inkişafı baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. SOCAR-ın "Maire Tecnimont" şirkəti ilə uzunmüddətli və qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edən Rövşən Nəcəf Polimer Tədqiqat Laboratoriyasının "Maire Technimont" şirkəti ilə uğurlu əməkdaşlığın növbəti təzahürü, eyni zamanda, yeni tədris ilində BANM-in müəllim-tələbə kollektivinə edilmiş ən gözəl hədiyyə olduğunu qeyd edib. Müstəqillik illərində, xüsusən son 20 il ərzində ölkəmizdə təhsilin inkişafı istiqamətində strateji addımlar atıldığını, ölkə başçısının yüksək diqqəti və birbaşa nəzarəti ilə xüsusi dövlət proqramlarının uğurla icra edildiyini diqqətə çatdıran SOCAR prezidenti, BANM-in maddi-texniki bazasının gücləndirilməsinin, burada beynəlxalq standartlara cavab verən müasir laboratoriyaların yaradılmasının tələbələrin gələcək karyera inkişafı, ölkəmizdə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi üçün əlverişli zəmin yaradacağını ifadə edib. 
"Maire Tecnimont" şirkətinin baş icraçı direktoru və baş əməliyyat direktoru Alessandro Bernini BANM ilə səmərəli əməkdaşlıqdan bəhs edərək 2016-cı ildən qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla həyata keçirildiyini bildirib. Alessandro Bernini "Maire Tecnimont"un əməkdaşlıq etdiyi müxtəlif universitetlər arasında ilk dəfə BANM-də yaradılmış bu laboratoriyanın əməkdaşlığın yeni mərhələsinin təməlini qoyacağını vurğulayıb. O, BANM-in Azərbaycanın ən nüfuzlu təhsil müəssisələrindən biri olduğunu qeyd edərək qarşıda daha böyük planların və hədəflərin nəzərdə tutulduğunu ifadə edib.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri İtaliya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini qeyd edib, istifadəyə verilən bu laboratoriyanın Azərbaycanda təhsilin daha da inkişafına mühüm töhfə verəcəyini bildirib.
Çıxışlardan sonra tədbir iştirakçıları laboratoriyada yaradılan şəraitlə tanış olublar. Polimer Tədqiqat Laboratoriyasında tələbə və müəllimlərin elmi araşdırmalar aparmaları üçün bütün zəruri şəraitin yaradıldığı, mövcud avadanlıqların tədqiqatların aparılması və materialların spesifikasiya tələblərinə nəzarətin təhlilinə imkan verdiyi diqqətə çatdırılıb. 
Daha sonra SOCAR ilə "Maire Tecnimont" şirkəti arasında mövcud və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsinə dair ikitərəfli görüş keçirilib.
Bakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilibBakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilibBakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilibBakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilibBakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilibBakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilibBakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilibBakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilibBakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilibBakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilibBakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilib/ marja.az

Maraqlı     Tarix: 12 oktyabr 2022

Oxşar xəbərlər

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler investisiya biznes qurmaq iqtisadiyyat xeberleri telefonla pul qazanmaq