"Bakı KOB evi"ndə yeni xidmət
Martın 3-dən etibarən "Bakı KOB evi"ndə daha bir xidmət fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu artıq "Bakı KOB evi"ndə həyata keçiriləcək. Bu xidmətdən istifadə etmək istəyənlər DDLA-nın "Bakı KOB evi"ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.
Müvafiq xidmət, eləcə də KOB evlərində sahibkarlıq subyektlərinə göstərilən digər xidmətlərlə bağlı məlumatı KOBİA-nın www.smb.gov.az saytından və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.
Qeyd edək ki, KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox "G2B" və "B2B" xidmətlər göstərilir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Evdə biznes qurmağın yolları
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?