Bakı məktəbləri hesabat verir

Bakı məktəbləri hesabat verirBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Məktəb hesabatları"nın dinlənilməsinə start verilib.
İdarədən "Report"a verilən məlumata görə, "Məktəb hesabatları"nın dinlənilməsi ilk olaraq Nəsimi, Binəqədi və Nərimanov rayonlarının ümumi təhsil məktəblərini əhatə edib.
Dinləmədə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təminat və Təchizat sektorunun müdiri Səccət Mahmudov, və məktəb direktorları iştirak ediblər.
"Məktəb hesabatları"nın dinlənilməsinin əsas məqsədi ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulmasının əhəmiyyəti, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin sağlam rəqabətin yaranmasına təsiri, şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi, digər müvafiq məsələlərin müzakirəsi, təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını və məktəb hesabatlığını təmin etməkdən ibarətdir.
Paytaxtdakı 247 nömrəli tam orta məktəbdə keçirilən ilk "Məktəb hesabatları"nda çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva 2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər üzrə görülən işlərdən danışıb, ötən dərs ilinin nəticələrinin təhlilinə diqqətin artırılmasının əhəmiyyəti haqqında fikirlərini bildirib. Həmçinin şagird nailiyyətlərinin artırılması, elektron təhlil sisteminin qurulması, müəllimlərin sertifikasiyası, elektron hesabat bazasının formalaşdırılması, valideynlərlə iş və digər müvafiq məsələlərdən söhbət açıb, yeni yanaşmaları, müasir çağırışların tələblərindən irəli gələn zəruri amilləri diqqətə çatdırıb.
İdarə müdiri məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi məsələlərini daim diqqət mərkəzində saxlamasının vacibliyini önə çəkib. Hər bir məktəb direktorunun öz fəaliyətinin təhlilini aparmasının zəruriliyini vurğulayan BŞTİ müdiri məktəbdaxili monitorinq sisteminin təşkilinin əhəmiyyəti haqqında fikirlərini bildirib.
Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin, həmçinin olimpiada və müsabiqələrin nəticələrinin təhlilinə dair təqdimatla çıxış edib. Sektor müdiri paytaxt məktəbləri üzrə keçirilən layihələr, qiymətləndirmə və monitorinq imtahanlarından danışıb.
Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə ümumi təhsil məktəblərində IV və IX siniflərdə keçirilən monitorinq və buraxılış imtahanlarının nəticələrinə aid təqdimatla çıxış edib. Ümumi təhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətə nəzarət məsələlərinə toxunan sektor müdiri ötən dərs ilinin statistik təhlilinə diqqət çəkib.
Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov məktəblərin təmir, tikinti və təchizat məsələləri barədə fikirlərini bildirib.
Sonda məktəb direktorlarını maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "Məktəb hesabatları" üzrə dinləmələrin paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulur.

Xəbərlər     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler dollar məzənnəsi biznes ideyalari 1000 manatla biznes bank faizleri